"Suriya maraqların toqquşduğu məkandır" ÖZƏL-MÖVQE

"Suriya maraqların toqquşduğu məkandır" ÖZƏL-MÖVQE

"Suriya geopolitik və maraqların toqquşduğu mərkəzdir". Bunu SİA-ya politoloq Nadir Şəfiyev deyib.

Politoloq bildirib ki, Suriyada baş verən proseslər tək bölgəyə deyil, ümumilikdə dünyada baş verən proseslərə təsir edir: "ABŞ qüvvələrinin və diplomatiyasının da bu proseslərdə iştirak etməsi təsadüfi deyil. ABŞ az itki verməklə Suriyada maraqlarının təmin etmək üçün Türkiyə ilə razılığa gəlmək istəyirdi. Amma Türkiyə bu məsələdə öz maraqlarının nəzərə alınmadığını əsas gətirir. Düşünürəm ki, 2019-cu ildə Suriyada proseslər bu minvalla davam edəcək. ABŞ və Rusiya arasında maraqlar toqquşması mövcud olduqca dünyadakı münaqişələr davam edəcək".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə