Samirə Quliyeva: “YAP Gənclər Birliyi beşillik hesabat verəcək” - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, sabah Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin III konfransı keçiriləcək. Bununla əlaqədar YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva SİA-ya açıqlama verib. Onun sözlərinə görə, Qəbələdə təşkil olunacaq konfransda partiya rəhbərliyi, partiyanın idarə heyətinin üzvləri, millət vəkilləri və bir çox rəsmi şəxslər iştirak edəcəklər. Sədr müavini qeyd edib ki, konfransa Respublikanın bütün regionlarından YAP Gənclər Birliyinin ümumilikdə 160 üzvi qatılacaq. Konfransda Gənclər Birliyinin hesabatının dinləniləcəyini vurğulayan S.Quliyeva tədbirdə gündəlikdə digər məsələlərin də olduğunu deyib.
"Gənclər Birliyinin III konfransında beşillik hesabat veriləcək, təşkilati məsələlər müzakirə olunacaq. Hazırda gənclər Bakıdan Qəbələ istiqamətində hərəkətə başlayıblar. Bu gün gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün müxtəlif proqramlar təşkil olunacaq. Yanvarın 28-də saat 11:00-da konfrans başlayacaq. Qeyd edim ki, konfransdan sonra Qəbələdə Heydər Əliyev Mərkəzi ziyarət olunacaq, dəyirmi masa təşkil olunacaq", - deyə sədr müavini əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB