Tarixin bu günü və ya bu günün tarixi

Tarixin bu günü və ya bu günün tarixi
- Osmanlı İmperiyası qurulub (1299)
- Səfəvi hökmdarı I Şah Abbas anadan olub (1571)
- Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən nüfuzlu nümayəndələrindən biri Volfqanq Motsart anadan olub (1756)
- Görkəmli hərbi xadim, yazıçı İsmayıl bəy Qutqaşınlı anadan olub (1806)
- Almaniya İmperiyasının kayzeri II Vilhelm anadan olub (1859)
- Tomas Edison közərmə lampasını patentləşdirib (1880)
- İtalyan bəstəkar Cüzeppe Verdi vəfat edib (1901)
- Almaniyada qadınlar səfərbərliyə alınıb (1943)
- ABŞ-da tranzistorun ilkin variantı hazırlanıb (1947)
- ABŞ və SSRİ başda olmaqla 60 dövlət kosmik fəzada hərbi sınaqların məhdudlaşdırılmasına dair protokol imzalayıb (1967)
- Prezident Ronald Reqan İranda girovluqdan azad edilən amerikalı diplomatları qəbul edib. "Girov böhranı" başa çatıb (1981)
- Fransız aktyor Lui de Fünes vəfat edib (1983)
- Hüseynağa Sadıqov Azərbaycan SSR-in xarici işlər naziri təyin edilib. Diplomat bu vəzifəni 1992-ci il may ayınadək icra edib (1988)
- Azərbaycan Respublikası Çexiya ilə diplomatik əlaqələr qurub (1993)
- Millət vəkili İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədr müavini və büro üzvü seçilib (2003)

Bütün xəbərlər Facebook səhifəmizdə