"Ermənistan müstəqil qərar vermək iqtidarında deyil" ÖZƏL-RƏY

"Ermənistan müstəqil qərar vermək iqtidarında deyil" ÖZƏL-RƏY

“Dağlıq Qarabağ probleminin həlli danışıqlar vasitəsilə öz həllini tapmaq üzrə olsa da Ermənistan əldə olunan razılaşmaları həyata keçirməyə hazır olmadıqlarını nümayiş etdirirlər". Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, danışıqların ATƏT-in və BMT-nin müəyyən etdiyi ərazi bütövlüyü prinsipi üzərində aparılmasına razılıq verən Ermənistan bu formatda problemin həlli üçün səylər göstərməsinə baxmayaraq razılaşmaların həyata keçməsi üçün protokollara imza atmaqdan çəkinirlər: "Hazırki şəraitdə Ermənistan tərəfi bu müqavilənin imzalanmasında ən maraqlı tərəfdir. Çünki, xarici işlər nazirimiz Elmar Məmmədyarovun “sülh imzalanmazsa, o zaman müdafiə naziri Zakir Həsənovla danışmalı olacaqlar” bəyanatının məsuliyyətini yaxşı anlayırlar.

Aprel döyüşlərindən 3 il zaman keçməsinə baxmayaraq, Azərbaycan ordusunun hərbi müvəffəqiyyəti və aldıqları ağır zərbəni unutmamışlar. Bu illər ərzində Azərbaycan atdığı bu addıma görə kifayət qədər beynəlxalq dəstək ala bilib. Bu anlaşmanı bitirmək və böyük sülhə imza atmaq üçün ilk növbədə Ermənistan rəhbərinə böyük siyasi iradə lazımdır. 30 ildir formalaşan ictimai rəyi dəyişməyin çətin olması bir yana dursun, əsas problem Rusiyanın etiraz ilə bağlıdır. İqtisadi cəhətdən tamamilə Rusiyadan asılı olan Ermənistan müstəqil qərar vermək iqtidarında deyil. Qarabağın sülh yolu ilə qaytarılması üçün son qərarı Rusiya verməlidir. Bu qərar verilməsə günlərin birində ordumuz ildırım sürtətli həmlələri ilə bütün Qarabağı azad etmək üçün hərəkətə keçə bilər.Rusiyanın hər zaman yüksəkdə duracağı və fasiləsiz olaraq Putinin idarəçilində olmayacağı da məlum məsələdir. Bir gün bu diktatura bitəcək. Diktatura rejimlərinin sonunda isə dövlətlərin hərbi və iqtisadi cəhətdən tam çökməsi qaçılmazdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə