ASK-da “Kiçik və Orta Müəssisələr Assosiasiyasının məqsəd və vəzifələri” mövzusunda seminar təşkil olunacaq

ASK-da “Kiçik və Orta Müəssisələr Assosiasiyasının məqsəd və vəzifələri” mövzusunda seminar təşkil olunacaq
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) Kiçik və Orta Müəssisələr Assosiasiyasının məqsəd və vəzifələri" Latviyadan praktik təcrübələr mövzusunda seminar təşkil edir. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, seminar Almaniyanın Bildungsuerk der Wirtshaft Mecklenburq-Vorpommern təşkilatı ilə bağlanan Tərəfdaşlıq müqaviləsinə uyğun olaraq, Konfederasiyanın üzvü olan Assosiasiya, müəssisə və cəmiyyətlər üçün keçiriləcək.
Seminarda bir qrup assosiasiya rəhbərlərinin, sahibkarların, Azərbaycan Həmkarlar Konfederasiyasının, İqtisadi İnkişafı və Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliklərinin nümayəndələrinin iştirakı gözlənilir.

Seminarda Latviyanın təcrübəsi haqqında təcrübəli mütəxəssis, Riqa şəhərində fəaliyyət göstərən "KALVE" kiçik və orta Assosiasiyanın prezidenti, sosiologiya elmlər doktoru Aydın Əskərov məlumat verəcək.

Məruzəçinin əsas məqsədi Azərbaycanda olan assosiasiyaların və onlara üzv olan sahibkarları Avropa təcrübəsi ilə tanış etmək, onların mövqelərini və təkliflərini öyrənmək və onların Azərbaycan məkanında müvafiq şəxsi təcrübələrini artırmaqdan ibarətdir.

Qeyd edək ki, seminar 1 fevral 2011-ci il tarixdə saat 10.00-da ASK-nın konfrans zalında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə