İt hürər, karvan keçər

Və yaxud "siyasi mühacirlər," indi hürsələr də, sonda xalqımız qarşısında diz çökəcəklər

Avropaya sığınıb Azərbaycana qarşı qarayaxma kampaniyalarını davam etdirən "siyasi mühacirlər" üçün, hətta milli maraqlarımızı düşmən erməniyə satmaqla bir daha mənəviyyatsızlıqlarını nümayiş etdirməkdədirlər. Bu, o əxlaqsız və xəyanətkarlardır ki, aldıqları qəpik-quruşa görə, hətta ata-ana, bacı-qardaşa məhəbbət nə olduğunu bilmirlər. Çünki ermənilər tərərəfindən təlimatlanaraq, idarə olunurlar. Bax, bədbəxtçilik budur. Çünki bu "mühacirlər"in söyüş siyasəti əndazəni aşıb. Vətənə, Vətənin övladlarına qarşı küçə söyüşləri yağdırmaqla məşğul olan Orduxan Teymurxan, Vidadi İsgəndərli, Məhəmməd Mirzəli, Tural Sadıqlı, Qurban Məmmədovun bir-birlərini ifşa etmələrinə dair mövcud faktlar var. Bu şəxslər Azərbaycana qarşı ermənilərlə çiyin-çiyinə vuruşan adamlardır... Onların milliyyəti azərbaycanlı ola bilər. Amma O.Teymurxan, T.Sadıqlı, M.Mirzəli, V.İsgəndərli və digərləri pul, var-dövlət toplamaq həvəsi milli kimliklərini unutmuş mənəviyyatsızlar, satqınlardır.

Siyavuş Novruzov: "O "mühacirlər" Avropada küçə süpürməklə məşğuldurlar"

Avropada "siyasi mühacir" adı altında yaşayanların satqın, əxlaqsız adlandıraran YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov onların Avropada küçə süpürməklə məşğul oduğunu bildirib: "Hamımız yaxşı bilirik ki, anti-Azərbaycan dairələrin ölkəmizdə reallaşdırılan yerli və beynəlxalq əhəmiyyətli tədbirlər ərəfəsində "sapı özümüzdən olan baltaları" tora salaraq, öz çirkin və məkrli oyunlarına alət edərək, respublikamızı hədəfə alması uzun illərdir ki, "ənənə" halını alıb. Anti-Azərbaycan dairələrin, erməni lobbisinin və onlarla işbirliyində olan milli satqınların- müxtəlif bəhanələrlə Qərbin ayrı-ayrı ölkələrində məskunlaşaraq zibilxanalarda küllənən orduxanların, turalların, məhəmmədlərin, rafayillərin, eləcə də, AXCP sədri Ə.Kərimlinin, "Milli Şura"nın rəhbəri C.Həsənlinin və onlarının tör-töküntülərinin, "yaldaşlar"ının el arasında deyildiyi kimi, "fısları yatacaq". Erməni dəyirmanına su tökən Vətən, millət dönüklərinin mənəviyyatsız, namərd əməllərinə nə ad vermək olar? Ölkəsinə, millətinə, şər-böhtan, təhqir yağdıran bu satqın "söyüş makinaları" cəmiyyətimizin böyük təpkisi və ictimai qınağına tuş olduqları üçün daha da aqressivləşiblər desək, yanılmarıq."

Tənzilə Rüstəmxanlı: "Söyüş söymək əxlaqsızlıqdan başqa bir şey deyil"

"Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, "siyasi mühacir" adı ilə xaricdə yaşayan və erməni qüvvələri tərəfindən idarə olunan xəyanətkar ünsürlər heç vaxt milli maraqların nə demək olduğunu anlamırlar: "Dünyanın harasında yaşayırsan-yaşa, kim olursan ol, öz dövlətinə pislik edib, əleyhinə təbliğat aparmaq erməni dəyirmanına su tökməkdir. Ermənistanda qoyub gəldiyimiz dədə-baba torpaqlarımız var. Ordan köç edəndə, ermənilər bizim gəncləri və körpələri dəmir boruya salıb, ağzını qaynaqlayıb boğaraq öldürüblər." T.Rüstəmxanlı onu da bildirir ki, Avropada tərbiyəsizliklər edərək, milli-əxlaqi dəyərlərimizi ayaq altına atanlar, dövlətçilik maraqlarımızı erməni lobbisinin pullarına satanlar, eləcə də, onları müdafiə edənlər heç bir siyasi səmərə əldə edə bilməyiblər. Bundan sonra da buna nail ola bilməyəcəklər, daha çox Azərbaycan xalqının nifrətini qazanacaqlar.

Sərlar Cəlaloğlu: "Siyasi mühacir" adı altında siyasi sabitliyi pozmağı mənəvi terror adlandırıram, həm də siyasi xuliqanlıq"

"Siyasi mühacirlər"in söyüş kampaniyası aparmalarından danışan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu təəssüflə qeyd edib ki, siyasəti anlamayan, xarici qüvvələrə nökərçilik edənlər siyasətə qoşulurlar: "Xüsusən, xaricdə yaşayan "siyasi mühacir"ləri nəzərdə tuturam. Onların bir çoxu Azərbaycanda fəal siyasi mübarizə prosesində olmayıblar. Baxın, "siyasi mühacirlər" də var, qeyri-siyasi mühacirlər də. Onlar tamamilə fərqli, təhqir və küçə səviyyəsində mübarizə aparırlar. Amma kimlər ki, siyasi proseslərdən keçib, çıxışlarında bu cür qeyri-siyasi və etik normaları pozan nüanslar yoxdur. Ümumiyyətlə, təhqir, təkcə siyasi münasibətlərdə deyil, şəxsi münasibətlərdə də yolverilməzdir. Şərəf və ləyaqətin qorunması beynəlxalq hüquq normasıdır, ölkə konstitusiyası ilə müdafiə olunur". S.Cəlaloğlu onu da bildirib ki, erməni lobbisinin təsiri altında olan bu şəxslər öz mövqelərini də aydınlaşdıra bilməyiblər: "Özü demokrat deyil, "mən demokratam" deyir, həm də qarşısındakının şərəf və ləyaqətini alçaldır. Sən özün əgər beynəlxalq hüquq normalarına zidd fəaliyyət göstərirsənsə, heç vaxt deyə bilməzsən ki, "mən hüquqlar uğrunda mübarizə aparıram". Birinci hüququ elə onun özü pozur. Bu baxımdan, onlar bəzi şeyləri qarışdırırlar. Çox ləyaqətsiz və aşağı səviyyəli sözlərdən istifadə edirlər. Adını da qoyurlar "mübarizə". Söyüş söymək nə vaxtdan siyasi mübarizə üsulu olub? Mən bunu həm mənəvi terror adlandırıram, həm də siyasi xuliqanlıq."

Yalançı vətənpərvərlərin başında AXCP sədri Əli Kərimli və onun "çetesi" dayanır

Onu da vurğulamaq lazımdır ki, Azərbaycanın daxilindəki satqınlar da onlardan geri qalmırlar. Daxili satqınlar "siyasi mühacirlər"in hakimiyyət və xalqı təhqir edən videolarını yayır, onlara tam dəstək olurlar. «Söyüş qrupunun» başında kimin dayandığı da bəllidir - bu AXCP sədri Ə.Kərimli və onun "çetesi"dir. Bu, o Ə.Kərimlidir ki, qrant almaq üçün illər boyu satılıb və satıb. M.Mirzəli də bu faktı təsdiqləyərək bildirir ki, AXCP sədri Ə.Kərimli Azərbaycan hakimiyyəti əleyhinə müxtəlif layihələrin həyata keçirməyimizi tapşırıb və buna görə də, ödənişlər almışıq. Belə olan halda, ay satqın, cinayətkar və əxlaqsız Ə.Kərimli, hansı üzlə bu torpaqda yaşayırsan? Ancaq "it hürər, karvan keçər" məsəlinə boş yanaşmaq da olmaz. Beləlri qanun qarşısında cəzalarını almalıdırlar.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə