Sarkisyanın qardaşı Ermənistana qayıtmaq istəyir

Sarkisyanın qardaşı Ermənistana qayıtmaq istəyir

Ermənistanın devrilmiş prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan Avropadadadır. SİA aysor.am-a istinadən xəbər verir ki, bu barədə Aleksansr Sarkisyanın oğlu Ayk Sarkisyan məhkəmə zalında jurnalistlərin suallarını cavablandırarkən deyib. Belə ki, o cinayət işi üzrə ittiham olunan tərəfdir.

Ayk Sarkisyan bildirib ki, o hər gün atası ilə telefonla əlaqə saxlayır.

Aleksandr Sarkisyanın nəvaxtsa Ermənistana geri dönmək fikrinin olub-olmaması sualını da cavablandıran oğlu deyib ki, atası geri dönəcək, lakin nə zaman dönəcəyi barədə məlumatsızdır.

Xatırladaq ki, Aleksandr Sarkisyan ötən ilin iyun-iyul aylarında iki dəfə hüquq-mühafizə orqanları tərəfindən saxlanılsa da, sonradan azadlığa buraxılıb. Birinci dəfə qanunsuz silah saxlamaq ittihamı idi ki, sonradan bəlli oldu ki, silah qanunidir. İkinci dəfə isə Ermənistanın Milli Təhlükəsizlik Xidməti Aleksandr Sarkisyanın rəssam Martiros Saryanın 14 eskizini dələduzluq yolu ilə mənimsədiyini irəli sürərək, onu saxlamışdı. Lakin adıçəkilən orqan sonradan Sarkisyanın müalicə məqsədi ilə Ermənistanı tərk etməsinə icazə vermişdi.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə