Respondentlərin 90,5 faizi Prezidentin apardığı islahatları müsbət qiymətləndirir

Respondentlərin 90,5 faizi Prezidentin apardığı islahatları müsbət qiymətləndirir

Azərbaycan Respublikasındakı mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahat kursuna, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə “Opinion Way” şirkətinin keçirdiyi sorğu ölkə başçısının yüksək reytinqinin daha da artdığını təsdiq edib.

“Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz” sualına respondentlərin 90,5 faizi bütövlükdə müsbət cavab verib, onlardan 64 faizi bu istiqamətdə hökumətin fəaliyyətini “tam bəyəndiyini”, 26,5 faizi “əsasən bəyəndiyini” vurğulayıb.

Diqqət çəkən ən vacib məqam ondan ibarətdir ki, respondentlərin cavabları müxtəlif səviyyəli ekspert qiymətləndirmələri ilə üst-üstə düşür. Heç də sirr deyil ki, əksər beynəlxalq təşkilatlar, aparıcı maliyyə qurumları son illərdə Azərbaycanda gedən sosial-iqtisadi prosesləri, həyata keçirilən islahat kursunu böyük maraqla izləyir və çox yüksək qiymətlərndirirlər. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan hazırda dünya miqyasında 25-ci yerdə qərarlaşması heç də təsadüfi deyil. Azərbaycanın sosial-iqtisadi və maliyyə durumunu aparıcı beynəlxalq reytinq agentlikləri yüksək qiymətləndirir. Məhz bu baxımdan, Prezident İlham Əliyevin Azərbaycan xalqının maraqlarını əks etdirən sosial-iqtisadi siyasətinin ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilməsi tam təbii hesab olunur və reallığı əks etdirdiyinə zərrə qədər şübhə ola bilməz.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə