“Büdcədən vəsait mənimsənilirsə, bu cinayətdir. Buna yumşaq ad qoymaqla, cinayətdən imtina etməyə başlayırıq”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa Parlamentin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının hesabatının müzakirəsi zamanı deyib.
O bildirib ki, vergi ödəyiciləri, borcların ödənilməsi, satınalmalarla bağlı ciddi problemlər var: "Dövlət satınalmalarında ziddiyət qabarıq şəkildə özünü göstərir. Hesabata əsasən, 76 tender komissiyasının qanunvericiliyin tələbələrinə uyğun şəkildə fəaliyyəti aşkarlanıb. Lakin hansı tenderlərin ləğvi ilə bağlı məlumat əldə etmək mümkün deyil. Bütün bunları araşdırdıqda, Hesablama Palatasının təsir imkanları böyük olsa da, reallıq baxımından çox yerlərə təsir etmək imkanı yoxdur. Hesablama Palatasının bu problemlərin aradan qaldırılmasında öncüllüyünü təmin etməsək, gələcəkdə bu problemlərin qarşısını almaq çətin olacaq. İslahatlar aparmaq niyyətimiz ardıcıldırsa, Hesablama Palatasının rəyi ilə bunları aradan qaldırmaq olar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB