"İsrailin baş nazirinin hər hərəkəti beynəlxalq hüquqa ziddir" Ərdoğan

"İsrailin baş nazirinin hər hərəkəti beynəlxalq hüquqa ziddir" Ərdoğan

İsrail baş nazirinin hər hərəkəti beynəlxalq hüquqa ziddir. SİA-nın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərindən əvvəl hava limanında jurnalistlərə açıqlamasında deyib.

Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə Yaxın Şərqdəki vəziyyəti müzakirə etməyə hazır olduğunu bildirib.

Netanyahunun açıqlamasını şərh edən Ərdoğan, İordan çayının qərb sahilinin Fələstin ərazisi olduğunu vurğulayıb.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, əgər aprelin 9-da keçiriləcək seçkidə qələbə qazanıb yenidən baş nazir olsa, işğal altındakı İordan çayının qərb sahilindəki qeyri-qanuni yəhudi yaşayış məntəqələrini “İsrailə ilhaq” etməyi planlaşdırır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə