"Ermənistanın minlərlə əsgəri Qarabağda həyatını itirib" Paşinyanın arvadı
Ermənistanin baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın ABŞ-a səfəri zamanı “Amerikanın səsi” radiosunun erməni dili redaksiyasına müsahibəsi zamanı “Ermənistanın minlərlə əsgəri heç nəyə görə Dağlıq Qarabağda həyatlarını itirib” fikirləri erməni ictimaiyyətini çaşqınlığa salıb. SİA xəbər verir ki, artıq Ermənistan ictimaiyyəti ilə yanaşı, Qarabağın erməniləri iddia etməyə başlayıblar ki, ölkədə münaqişə ətrafında aparılan danışıqlardan nəticə gözləməyən hakimiyyət geri çəkilməyə hazırlaşır və bu vasitəylə bənzər bəyanatların yaxın günlərdə digər iqtidaryönlü şəxslər tərəfindən də səslənməsi mümkünlüyü mövcuddur.
Qeyd edək ki, Akopyan ABŞ-da səfərdədir və pul dilənmək üçün “kampaniya” aparır. Daha dəqiq desək, artıq ABŞ-ın Boston ştatındakı erməni icması onun başçılıq etdiyi “Təbəssüm şəhəri” Xeyriyyə Fonduna 150 min dollar ianə verib.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB