Azərbaycanda müsbət demoqrafik şərait bərqərar olub FOTOLAR

Azərbaycanda müsbət demoqrafik şərait bərqərar olub FOTOLAR

Pirallahıda 10 milyonuncu vətəndaşın dünyaya gəlməsinə həsr edilmiş tədbirlər keçirilib

Respublikamızın 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi münasibətilə Pirallahı Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib. YAP Pirallahı rayon təşkilatından SİA-ya daxil olan məlumata görə, öncə Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış Tədbirlər Planına uyğun olaraq ağacəkmə aksiyası keçirillib. Aksiya zamanı Səməd Vurğun küçəsində 500-dən çox ağac və gül kolu əkilib, ərazidə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.

Sonra tədbir Pirallahı qəsəbəsində yerləşən “Uşaq Park”ında davam etdirilib. Pirallahı RİH başçısının müavini Anara Hacıbəyli iştirakçıları təbrik edərək bilditib ki, son illərdə Azərbaycan əhalisinin sayı sürətlə artır: “Bu, Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycanda iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlərin nəticəsidir”.

Qeyd edilib ki, aparılan sosial-iqtisadi siyasətin əsas uğurlarından biri kimi, dayanıqlı inkişaf şəraitində Azərbaycanda müsbət demoqrafik şərait bərqərar olub. Azərbaycan bir çox sahələrdə olduğu kimi, bu baxımdan da nümunəvi ölkədir: “Nəzərə almaq lazımdır ki, dünyanın bir çox ölkələrində bu sahədə vəziyyət heç də ürəkaçan deyil, hətta əhalinin sayında azalma müşahidə olunur. Azərbaycanda isə əhalinin sayı dinamik templə artır”.

Tədbirdə vurğulanıb ki, ölkə başçısı tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, o cümlədən minimum əmək haqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, 12 mindən çox şəhid vərəsəsinə 11 min manat birdəfəlik vəsaitin ödənilməsi, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, bəzi çoxmənzilli binalarda mənzillərin sənədləşdirilməsi, 16 mart tarixli Sərəncam ilə 431 nəfər məhkum əfv olunması, eyni zamanda problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılması və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər bunun bariz nümunəsidir. Sürətli inkişaf, sosial rifahın daha da yaxşılaşması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanda əhalinin artım tempinin qorunub saxlanmasına əminlik yaradır.

Sonra tədbir tanınmış incəsənət ustalarının ifasında konsert proqramı və məktəblilər tərəfindən hazırlanmış “Fleşmob” ilə davam etdirilib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə