Tarixin bu günü və ya bu günün tarixi

Tarixin bu günü və ya bu günün tarixi
- San Paulu şəhərinin əsası qoyulub (1554)
- Rus imperatriçası Yelizaveta Moskva Universitetinin təşkili haqqında fərman imzalayıb. Bu tarix hər il Rusiyada "Tələbə günü" kimi qeyd edilir (1755)
- ABŞ-da mexaniki toxumsəpən maşın patentləşdirilib (1799)
- Leyden universitetində tarixdə ilk dəfə olaraq fizika kafedrası açılıb (1878)
- Azərbaycanın ilk hüquq professoru, ictimai xadim Mustafa Vəkilov anadan olub (1899)
- Rus İmperiyasında ölüm hökmü ləğv edilib (1902)
- ADR parlamentində çıxış edən M.Ə.Rəsulzadə ermənilərin Zəngəzur və Naxçıvandakı azərbaycanlı əhaliyə qarşı rəftarını pisləyib və bu barədə ciddi tədbir görməyi tələb edib (1919)
- Azərbaycan Kommunist (bolşevik) Partiyasının XI qurultayı başa çatıb (1925)
- Naxçıvan MSSR-in I Sovetlər qurultayı açılıb (1925)
- Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze anadan olub (1928)
- İtalyan əsilli amerikan mafioz Al Kapone vəfat edib (1947)
- Görkəmli teatr və kino aktyoru, xalq artisti Məmmədrza Şeyxzamanov vəfat edib (1984)
- Ermənistan SSR-də yaşayan azərbaycanlı əhalinin kütləvi şəkildə deportasiyası başlanıb (1988)
- Azərbaycan Respublikası Avropa Şurasına tamhüquqlu üzv qəbul edilib (2001)
- Avropa Şurası Parlament Assambleyasında Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçi Devid Atkinsonun (Britaniya) hazırladığı məruzə üzrə qətnamə qəbul olunub (2005)

Bütün xəbərlər Facebook səhifəmizdə