Politoloqdan Ermənistana xəbərdarlıq

Politoloqdan Ermənistana xəbərdarlıq

“Azərbaycan müharibəyə hazırlaşır və biz potensialımızı tam səfərbər etməliyik”. SİA Ermənistana məxsus tert.am saytına istinadən məlumat verir ki, bu sözləri "Akunk" Siyasi təhlil Mərkəzinin rəhbəri, keçmiş deputat, politoloq Ruben Hakobyan deyib.

O, martın 29-da Vyanada Ermənistan və Azərbaycan rəhbərləri arasında keçirilən görüşə, aparılan danışıqlara toxunub. Politoloq Vyanada və Sankt-Peterburqda iki ölkə rəhbərləri arasında atəşkəs rejiminin möhkəmləndirilməsi ilə bağlı əldə edilmiş razılaşmaların Azərbaycan tərəfindən dəfələrlə pozulduğunu utanmadan söyləyib. "Akunk" Siyasi təhlil Mərkəzinin rəhbərinin fikrincə güya bu razılaşmalar erməni tərəfinin diplomatik uğuru kimi qəbul edilir.

Keçmiş millət vəkili erməni müdafiə nazirinin Nyu-Yorkdakı bəyanatından ilham alaraq, Paşinyana xəbərdarlıq da edib. Deyib ki, Azərbaycan müharibəyə hazırlaşır və Ermənistan bu çətinliklərə qarşı mübarizə üçün tam potensialını səfərbər etməlidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə