Ermənistan parlamentinin binasında yanğın

Ermənistan parlamentinin binasında yanğın

4 aprel saat 01:38 radələrində 911 xidmətinə Yerevanda Ermənistan parlament binasının birinci mərtəbəsində yanğın baş verdiyi barədə məlumat daxil olub. SİA-nın məlumatına görə bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyinin saytında məlumat verilib.

Yanğın və xilasetmə komandasının 6 döyüş qrupu və Milli Krizis İdarəetmə Mərkəzinin cavab qrupu hadisə yerinə gəlib.

Yanğın Ermənistan Parlamenti binasının birinci mərtəbəsində, 139 nömrəli kabinetdə yaranıb.

Yanğın saat 01: 57 radələrində lokallaşdırılıb və 02: 05 radələrində söndürülüb.

Şöbə müdirinin müavininin ofisində ofis mebeli (soyuducu, masa, 4 stul, divan, şkaf, pəncərə və 2 kompüter) tamamilə yanıb.

Yanğın nəticəsi zərər çəkən olmayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə