Ermənistan milyardlarla dollar itirir TƏHLİL

Ermənistan milyardlarla dollar itirir TƏHLİL

Müdafiə naziri David Tonoyanın ABŞ-a səfəri və burada Amerika tərəfi ilə müdafiə sahəsində əməkdaşlıq barədə müzakirələr aparması hazırda diqqət mərkəzindədir. Tonoyanın bir neçə ştatda olması və səfərinin sonunda Nyu-Yorkda erməni icmasının nümayəndələri ilə görüşməsi heç də təsadüfi sayıla bilməz. Əslində, müdafiə nazirinin ABŞ-a səfər etməsi yalnız simvolik hesab edilə bilər. Ona görə ki, məxməri inqilabdan sonra, Ermənistan-Amerika münasibətləri böhran vəziyyətindədir və olduqca passivdir.

Ermənistan-Amerika əlaqələrində böyük bir boşluq var, ermənilər ümid edirlər ki, müdafiə nazirinin səfəri bu boşluğu qismən də olsa doldura bilər. David Tonoyan öz səfəri zamanı Amerika silahlarının Ermənistan tərəfindən alınması barədə də danışıb, hansıki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton da bu barədə bəyan etmişdi. Daha doğrusu, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Ermənistana səfəri zamanı bunu ehyam olaraq vurmuşdu və bu Rusiya silahlarına daha çox meyl edilməsinə görə işğalçı dövlətə barmaq silkələmək kimi başa düşülür.
Davud Tonoyanın ABŞ-a səfəri Ermənistan üçün ABŞ-ın şübhələrini aradan qaldırmaq baxımından son dərəcə vacib hesab olunur. Heç uzağa getmək lazım deyil və yalnız keçən həftə NATO-nu rəhbərliyi altında Gürcüstanda keçirilən təlimlərdə Ermənistanın iştirak etməməsi Amerika tərəfində müsbət reaksiya doğumadığı sirr deyil. Çox güman ki, David Tonoyan öz səfəri zamanı müxtəlif bəhanələr və arqumentlər uydurmaq üçün cəhdlər də edib ki, Amerika tərəfinin mənfi reaksiyası aradan qaldırılsın.

Ermənistan tərəfi ənənəsinə sadiq qalaraq, münasibətləri yalnız hansısa kömək, yardım, iyanə almaq niyyəti ilə qurur

Ümumilikdə, Amerika-Ermənistan münasibətlərinə işğalçı dövlət çox maraq göstərir və qarşı tərəfi istifadə olunmayan imkanlar hesab edir. Nəzərə almaq lazımdır ki, erməni nümayəndələrdən hər kim Birləşmiş Ştatlara səfər edirsə, yalnız yardımlar, kömək və iyanələr almaq niyyəti güdür. Nümayəndələrin bəyənatları da bunu təsdiq edir və hər bir səfər edən erməni öz səfərindən danışdığı zaman, Amerika tərəfi Ermənistana hər bir istiqamətdə yardım göstərməyə hazırdır deyə bəyanat verir. Bu isə öz növbəsində qeyd olunanları təsdiq edir və bəlli olur ki, Ermənistan tərəfi bu vaxta qədərki ənənəsinə sadiq qalaraq, münasibətləri yalnız hansısa kömək, yardım, iyanə almaq niyyəti ilə qurur.
Ermənistan hakimiyyəti son bir neçə ayda alternativ maliyyə yardımları almadığından son dərəcə narahatçılıq keçirdiyi göz qabağındadır. Müxtəlif istiqamətlərdə lahiyələşdirilən maliyyə yardımlarından, iyanələrdən məhrum olan işğalçı ölkə bu məhrumiyyətlərlə barışmaq istəmir. Buraxılmış, istifadə edilməmiş fürsətlər arasında 8 milyard ABŞ dolları məbləğində Ermənistanın energetika sisteminə sərmayə qoyuluşuna dair bir bəyanat səfalət içərisində olan erməni cəmiyyətində xüsusilə yer alır və qəbuledilməz hesab olunur. Bu bəyanat hələ əvvəlki hökumətin dövründə ABŞ-ın keçmiş səfiri Richard Mills tərəfindən irəli sürülmüşdü. Bu bəyanatdan iki il keçsə də, məxməri inqilabdan sonra hakimiyyətə gələn siyasi komanda müvafiq təşəbbüslər və təkliflər təklif etmək üçün bu maraqları aydınlaşdırma imkanı tapsa da, bu baş vermədi. Yəni acınacaqlı durumda olan Ermənistan milyardlarla dollar itirməkdədir və mövcud hakimiyyət bununla heç cür barışa bilmir. Heç şübhəsiz ki, indi əl-ayağa düşən, daha dəqiq desək, amerikalıların əl-ayağına dolaşan ermənilərin yardım və iyanələr üçün dəridən-qabıqdan çıxması başadüşüləndir.
Göründüyü kimi, işğalçılar həqiqətən də Amerika-Ermənistan əlaqələrinə ölkə üçün yardım imkanları rakursundan yanaşırlar. Hətta ermənilər hesab edirlər ki, hərəkətsizlikləri, daha dəqiq desək, amerikalıların ayaqları altına sərilməməkləri onları bu imkanlardan, yardım və iyanələrdən bundan sonra da məhrum edəcək. Onlar bu hərəkətzislik adlandırdıqları əl-ayağa dolaşmaq, dilənmək prinsplərinin passivliyini ölkə üçün risk də hesab edirlər. Əslində, ermənilərin bu çür düşüncəsini, risk altında qalacaqlarını dərk etmələrini başa düşmək çətin deyil. Çünki, heç bir iqtisadiyyatı, heç bir uğuru, nailiyyəti, gələcək perspektivləri, gəlir yeri olmayan, yalnız yardım və iyanələrə göz dikən ölkənin təlaşı başadüşüləndir.

Yeni ideyalar, yeni layihələr və yeni proqramlar olmadan, siyasi iş aparılmadan ABŞ-ın Ermənistana yardım etməsi mümkünsüzdür

Nümunə üçün qeyd etmək olar ki, məsələn “Lidian” şirkəti Erməni hökumətinə qarşı beynəlxalq arbitrajda prosesə başlamaq niyyətində olduğunu elan edib. Xatırlatmaq yerinə düşərdi ki, 400 milyon dollar sərmayə yatıran “Lidian” Ermənistanın tarixində ən böyük investisiya yatıran şirkətdir. Hazırda sözügedən şirkət nəinki investisiya yatırımından imtina edir, hətta Ermənistana qarşı beynəlxalq arbitrajda prosesə başlamaq qərarındadır. Başqa sözlə, “Lidian” Ermənistan-Amerika münasibətlərinin məzmununda arbitraja getmək niyyətindədir. Deməli, işğalçı ölkə, həmin ölkədə hazırki hakimiyyət və ümumilikdə erməni cəmiyyəti itirdiklərinin fərqindədir.
Son vaxtlar Milli Elmlər Akademiyasında baş nazir Nikol Paşinyan bildirib ki, problem pulun mövcudluğunda deyil, problem məqsəd və ideyalardadır. Erməni cəmiyyəti hesab edir ki, bu model Ermənistan-Amerika münasibətlərinin vəziyyətində tam tətbiq edilə bilər. Ermənilər hesab edirlər ki, ABŞ Ermənistana yardım etməyə hazırdır, bu məqsədlə Ermənistan üçün 8 milyard dollar, bəlkə də daha böyük ehtiyatlar ayrıla bilər. Amma ermənilər unudurlar ki, bunun üçün yeni ideyalar, yeni layihələr və yeni proqramlar lazımdır. Təbii ki, siyasi iş aparılmadan, yeni layihələrlə çıxış etmədən bunun mümkünsüz olduğu gün kimi aydındır.

ABŞ-dan maliyyə yardımı gözləməyin ağılsızlıq olduğunu ermənilər özləri də etiraf edirlər və Ermənistanın yardımına bel bağlaması gülüncdür

Onu da qeyd etmək yerinə düşərdi ki, ruslarla münasibətləri prioritet hesab etdikcə yardım, iyanə almaq kimi arzuları hələ ermənilərin ürəklərində, özü də elə arzu olaraq qalacaq. Bunu erməni mediası da təsdiq edir və bir çox mətbuat səhifələrində biz bunun şahidi oluruq. Şahidi oluruq ki, ermənilər Rusiya ilə münasibətlərin Ermənistan üçün bir nömrəli prioritet olduğu müddətdə ABŞ-dan maliyyə yardımı gözləməyin ağılsızlıq olduğunu özləri də etiraf edirlər.
Heç amerikalılar da ermənilərin ruslardan əl çəkəcəyinə inanan deyillər. Çünki, bilirlər ki, Rusiyanın dəstəyi olmadan Ermənistan mövcud belə ola bilməz və bunu ermənilərin özlərinin də çox yaxşı başa düşdüyünü xatırlatmağa ehtiyac yoxdur. Xatırlatmağa ehtiyac yoxdur ki, iqtisadiyyatı az qala sıfır səviyyəsində olan bir ölkənin siyasəti də, hərbisi də, bütün digər sahələri də müvafiq olaraq yox dərəcəsində olmalıdır və bu ölkə daim asılılıq halında yaşamağa məhkumdur. Ermənilərn bu məhkumluqla daha çox ruslardan asılı olduğu da gizli məqam deyil. Amerika tərəfi bilir ki, Ermənistan tərəfi nə qədər Rusiyaya yaxın deyilik, yaxud bundan sonra yaxın olmayacağıq desə də bu doğru ola bilməz və bunu ifadə etdikləri halda amerikalılara yalan danışmış olacaqlar. Bu baxımdan ABŞ kimi fövqəl dövlətin yardımına Ermənistanın bundan sonra bel bağlaması son dərəcə gülünc görünür. Çətin ki, Birləşmiş Ştatlar ermənilərin bu vəziyyətində onlara yardımlar, iyanələr ayırsınlar.
Heç bir qlobal layihədə iştirak etməyən, hətta qonşu ölkə hesab etdikləri Azərbaycanın müəllifi olduğu layihələrdən belə kənarlaşdırılan Ermənistanın çox acınacaqlı durumda olduğu bir reallıqdır. Bu reallıqla qarşılaşan ermənilər artıq küncə qısılmış, marginallaşmış bir durumda olduqları halda mövcudluqlarını yardımlar, iyanələr hesabına qorumaq məcburiyyətindədirlər və indi ayrılacaq hər dollar bir yana, sentə belə ehtiyac duyurlar. Belə bir ehtiyac içində olan işğalçılar hazırda düşünülməmiş addımlar, terrorçuluq siyasəti sayəsində daha acınacaqlı duruma düşdüklərinin fərqindədirlər. Məhz buna görə də erməni mətbuatı həyəcan təbili çalır ki, Ermənistan pullar, özü də səfalət içində olan bir ölkə üçün böyük pullar, milyardlarla dollar itirir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə