"Aprel döyüşləri münaqişənin tarixində dönüş nöqtələrindən biri oldu" MÖVQE-ÖZƏL
“Aprel döyüşləri Azərbaycan və Dağlıq Qarabağın siyasi hərbi nəticələri ilə bağlı böyük rolu oldu. Belə ki, bu döyüş Dağlıq Qarabağ münaqişəsinin tarixində dönüş nöqtələrindən biri oldu”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.
Müharibə dövründə Azərbaycan ordusunun “Halqa əməliyyatı”, “Ağdərə əməliyyatı” və digər uğurlu əməliyyatları olduğunu xatırladan politoloq söyləyib ki, 1994-2006-ci illərdə, yəni atəşkəs olan dövrdə Aprel döyüşləri ən böyük müharibə oldu və Azərbaycanın qələbəsi ilə bitdi.
Onun sözlərinə görə, hər müharibənin gedişində bir dönüş nöqtəsi olur: “Mən Aprel döyüşlərini İkinci Dünya müharibəsində “Stalinqrad vuruşması” ilə müqayisə edərdim. Yəni “Stalinqrad vuruşması” ikinci dünya müharibəsində necə böyük fərq olmuşdusa, Aprel döyüşü də elə oldu. Bundan başqa, aprel döyüşləri Azərbaycana siyasi, diplomatik, hərbi, psixoloji üstünlüklər qazandırdı. Azərbaycanın məğlub stereotipini qırdı, Ermənistanın isə qalib mifini darmadağın etdi. Həmçinin bu döyüş Azərbaycan cəmiyyəti və ordusu arasında ruh yüksəkliyini artırdı. Ermənistanda isə böyük ruh düşkünlüyü yarandı. Hətta erməni cəmiyyəti o qədər ruh düşkünlüyü yaşadı ki, sonradan Serj Sarkisyan rejiminin və “Qarabağ klanı”nın da hakimiyyətdən getməsində Aprel döyüşlərinin böyük rolu oldu. Yəni Aprel döyüşü 2 il sonra Ermənistanda hakimiyyət dəyişikliyinə aparıb çıxardı”.
N.Məmmədova söyləyib ki, Aprel döyüşləri Azərbaycan diplomatiyasını qanuna uyğunluğa görə daha inamlı etməli idi: “Bütün qalibiyyətə baxmayaq, Minsk qrupunun vasitəçilik etdiyi danışıqlarında fərq olmadı. Amma təəssüf ki, Minsk qrupu bunu görməzdən gəldi, Aprel döyüşlərinin əhəmiyyətinə diqqət yetirmədi və danışıqların səmərəliyinə heç bir təsir göstərmədi. Danışıqlar prosesi mənasız, nəticəsiz olaraq davam edir. Görünən də odur ki, böyük dövlətlər nə müharibədə, nə sülhdə maraqlıdırlar. Onlar istəsəydilər Qarabağ münaqişəsini çoxdan həll edərdilər. Ya Azərbaycana imkan verərdilər ki, torpaqların azad etsin, ya da çalışardılar ki, sülhdə kömək etsinlər. Bunların heç biri olmursa, demək ki, böyük dövlətlər qarşıdurmanın olmasının tərəfindədirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB