Türkiyədə keçirilən bələdiyyə seçkilərində İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə hakim Ədalət və İnkişaf Partiyasından namizəd Binəli Yıldırım qalibiyyətini elan etdikdən 16 saat sonra geri addım atıb. SİA-nın Türkiyə mətbuatına istinadən Yıldırım, İstanbul üçün bülletenlərin sayımının davam etdiyini qeyd edib.
"Qeyri-rəsmi nəticələr açıqlanıb. İstanbul üçün hələ də səslər sayılır. 14 seçki məntəqəsindəki nəticələr açıqlanmayıb. Rəqibimiz Əkrəm İmamoğlu 25 bin səslə öndədir. MSK mandatı kimə verərsə, o da sədr olacaq. Biz təbrik etməyi bacarırıq, ancaq prosesin davam etdiyini bildirməkdə fayda var", o bildirib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB