Ukrayna MSK-sı ölkədəki prezident seçkilərinin ilkin işlənmiş protokollarının nəticələrini açıqlayıb. Belə ki, artıq sənədlərin 70%-i sayılıb. SİA glavred.info-ya istinadən xəbər verir ki, prezidentliyə namizəd, şoumen Vladimir Zelennskiy 2019-cu ilin prezident seçkilərində Batkivşinadan olan rəqibi Yuliya Timoşenkonu təqribən 3 dəfə keçib. Bu barədə ölkənin seçki komissiyasının rəsmi saytında da qeyd edilib.
“MSK-da 70,61% protokollar işlənilib. Səslərin hesablanması nəticəsində məlum olub ki, Zelenskiyə 30,46% seçici (3 mln. 959 min 999 nəfər) üstünlük verib”, deyə bildirilən məlumatda qeyd edilir ki, bir qədər az nəticəni hazırkı prezident Pyotr Poroşenko göstərib. Ona 16,18% (2 mln.103 min 464 nəfər) seçici öz etimadını göstərib.
“Qanunvericiliyə görə, seçkilərin ikinci turuna iki namizəd düşür ki, onlar ən çox səs toplayıblar. Bu baxımdan, ikinci turda Zelenski ilə Poroşenko rəqabət aparacaq” bildlrilən məlumatda Yuliya Timoşenkonun da səsləri göstərilib. Belə ki, Timoşenko Poroşenkodan çox cüzi şəkildə geri qalıb. Ona 13,15% (1 mln.710 min 650 nəfər) seçici dəstəyini göstərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB