Xaricdəki missionerlərin hamısı bu dövlətin ayağına gələcək ŞƏRH

Xaricdəki missionerlərin hamısı bu dövlətin ayağına gələcək ŞƏRH

Qurban Məmmədov, Orduxan Teymurxan, Vidadi İsgəndərli və bu kimi əxlaqsızlar Azərbaycanda reallaşdırılan inqilabi islahatlardan qorxuya düşüblər

Son dövrlərdə özünü azərbaycanlı adlandıran bir qrup xəyanətkar Avropanın bəzi ölkələrində "siyasi mühacir" adı ilə məskunlaşaraq, Azərbaycan əleyhinə əxlaqsızcasına təbliğat aparır. Bu üzdəniraq "vətənşüvənlərin" fəaliyyət trayektoriyasına diqqət etdikdə, böyük mütəfəkkir Alber Kamyunun "Taun" əsərindəki bir ifadəni xatırlamamaq olmur: "Azadlıq gələndə, təkcə yaxşılıqlar yox, həm də pisliklər azad olur. Həm də Şər daha çox azad olur".

Bəli, bu gün milli mənlik şüurundan, vətəndaşlıq borcuna sadiqlikdən məhrum olan bu alçaq xislətli belələri - Orduxan Teymurxan, Tural Sadıqlı, Həbib Müntəzir, Vidadi İsgəndərli, Azər Kazımzadə, Qurban Məmmədov, Qənimət Zahid kimi xəyanətkarlar iaşə rahatlığı, şəxsi ambisiyaları naminə Azərbaycan əleyhdarları olan dairələrin, eləcə də, bəzi xarici xidmət orqanlarının tələsinə düşərək, asanlıqla onların əlaltılarına çevriliblər.

Bu, təəccüb də doğurmur. Çünki uzun müddətdir ki, ermənipərəst qüvvələrin dəyirmanına su tökməklə məşğul olan bu satqın və xəyanətkar dəstənin son vaxtlarda sosial şəbəkələrdəki antimilli fəaliyyətdəki məqsədləri Azərbaycanda reallaşdırılan inqilabi islahatlardır. Bu inqilabi islahatlar xaricdəki missionerlərin hamısının canına elə vicvicə salıb ki, son anda bu dövlətin ayağına gələcəklər və onu da anlamayan "başları" ilə bu satqınlar şəbəkəsi anlamalıdırlar ki, ölkəmizin əleyhinə apardıqları "qara piar" kampaniyasının rəngini gündən-günə nə qədər tündləşdirsələr də, heç nəyə nail ola bilməyəcəklər. Çünki Azərbaycan ictimaiyyəti yaxşı anlayır ki, belələri ancaq onun-bunun beş-üç qəpiyi ilə səs-səsə verərək, zingildəşirlər.

Belə olan halda, bu gün həmin missionerlər sülaləsindən olan, Londonda "siyasi mühacirlik" edən, adını "vəkil" qoyub, vəkillikdən başqa hər şeylə məşğul olan Qurban Məmmədovun sosial şəbəkələrdəki azğınlığı, Azərbaycan əleyhinə separat çağırışları, separatçılara verdiyi dəstək barədə danışmamaq, susmaq elə Q.Məmmədovun əməlləri qədər Vətənə xəyanət etmək deməkdir.

Xəyanətkar "hüquqşünas"ın quduzluğu

Son günlər xəyanətkar "hüquqşünas", əslində, separatçıların "vəkili" rolunu oynayan Q.Məmmədov Fəxrəddin Abbaszadənin müdafiəsinə qalxması həyasızlığın və xəyanətkarlığın həddini keçməsidir. Hakimiyyət-xalq birliyinin daha da möhkəmlənməsi həm vətən xainlərinin, həm də onlara dəstək göstərən erməni lobbisinin "kürklərinə birə salıb" və görünən budur ki, öz istəklərinə çata bilməyənlər daxillərindəki kinlərini bu vasitə ilə üzə çıxarmağa cəhd göstərirlər. Sosial şəbəkələr vastəsilə uzun müddətdir ki, insanları hakimiyyət əleyhinə kütləvi itaətsizliyə çagırışlar edən Q.Məmmədov həmin müraciətlərinin nəticəsiz qaldığını gördükdən sonra daha da quduzlaşır. Q.Məmmədov qardaşına belə güzəşt etməyən dəli ünsürdür. Çünki ona mənəviyyat, ləyaqət və şərəf kimi məfhumlar tamamilə yaddır.

Q.Məmmədov və onun kimi "siyasi mühacir" adı ilə ayrı-ayrı Qərb ölkələrində sığınacaq tapan antimilli ünsürlər bu dövlətin ayağına sürünə-sürünə gələcəklər. Atalar yaxşı deyiblər ki, bələdçisi qarğa olanın dimdiyi həmişə zibillikdə olar. Çünki Azərbaycana qarşı aparılan antimilli "savaş"ın sonu iflasa uğrayır.

Rəfiqə Kamalqızı

Bütün xəbərlər Facebook səhifəmizdə