Yerevanda polislə etirazçılar arasında toqquşma baş verib

Yerevanda polislə etirazçılar arasında toqquşma baş verib

Ermənistan paytaxtının mərkəzindəki ticarət obyektlərinin sökülməsinə etiraz edən şəhər sakinləri mərkəzi yolu bağlayıblar. Yerevan Opera və Balet Teatrının qarşına toplaşanlarla polis arasında baş verən qarşıdurmada 4 paytaxt sakini həbs edilib. SİA erməni KİV-nə istinadla xəbər verir ki, həbs edilən aksiya iştirakçılarına qarşı inzibati məcəlləyə uyğun olaraq polisin göstərişlərinə əməl etməmək və qanun keşikçilərinə müqavimət göstərmək maddəsi ilə minimum əməkhaqqının 50 mislinədək cərimə cəzası tətbiq olunub.

Etiraz aksiyasının iştirakçıları bildiriblər ki, ticarət obyektlərinin sökülməsi onlarla insanın işsiz qalmasına və buradakı kafelərə qoyulan vəsaitin batmasına səbəb olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə