Türkiyə ədliyyə naziri Abdulhəmit Gül Avropa Parlamentinin Türkiyə ilə bağlı hesabatını tənqid edib. SİA-nın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, nazir bildirib ki, Avropa ittifaqı bir tərəfdən insan hüquqları və demokratiyadan danışır, digər tərəfdən hüquq və azadlıqları pozan və demokratiyaya qarşı çıxanlara dəstək verir.
Onun sözlərinə görə, Avropa Parlamentinin hesabatı qərəzlidir və Avropanın öz dəyərlərindən uzaqlaşmasını nümayiş etdirən bir sənəd kimi tarixə düşəcək.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB