Lənkəran şəhərindəki IREX Lenkeran Icma Melumat Merkezinin ofisinde Azərbaycan Yeni Media Proqramı (ANMP) çərçivəsində "Avropaya inteqrasiyanın müsbət və mənfi cəhətləri" mövzusunda konfrans keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, cənub bölgəsində fəaliyyət göstərən media təmsilçilərinin, ziyalıların və gənclərin iştirak etdiyi tədbirdə ANMP-in təqdimatı keçirilib.Tədbiri açan mərkəzin nümayəndəsi Tural Məmmədzadə bildirib ki, Proqramın əsas məqsədi regional medianın problemlərinin həlli yolunda birgə tədbirlər həyata keçirmək, online informasiya sistemini əhaliyə çatdırmaq, vətəndaş-jurnalist münasibətlərini inkişaf etdirmək məqsədini daşıyan müstəqil xəbər və məlumatların istehsal və istehlak hüququnu dəstəkləyən mühitdə Azərbaycan vətəndaşları tərəfindən istehsal olunan, yayılan və istehlak olunan xəbərlərin və məlumatların kəmiyyəti və keyfiyyətini yaxşılaşdırmağa yönəlmiş üç illik təşəbbüsdür
Bundan başqa qeyd olunub ki, mərkəz televiziya, qəzet, jurnallar və informasiya agentliklərində çalışan jurnalistlərlə daim sıx əlaqədə olaraq regionun media problemlərinin həlli yolunda birgə fəaliyyət gostərəcək. Proqram Beynəlxalq Araşdırmalar və Mübadilələr Şurası (İREX) tərəfindən həyata keçiriləcək.
Konfransın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB