Türkiyə Xarici İşlər Nazirliyi Avropa Parlamentinin ölkə ilə bağlı qəbul etdiyi məruzəni tənqid edib. SİA-nın "Sabah"a istinadən verdiyi xəbərə görə, hesabatda Türkiyənin AB-yə üzvlüyü ilə bağlı danışıqların dayandırılmasına çağırılır.
"AP-nin birtərəfli və qərəzli mövqeyi bizim tərəfimizdən qiymətləndirilməyə layiq deyildir. Tövsiyə xarakterli bu qətnamə bizim üçün heç bir əhəmiyyət kəsb etmir", deyə açıqlamada bildirilir.
Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, Avropa Parlamentinin mövqeyi Türkiyə ilə AB arasındakı əlaqələrin, qarşılıqlı anlayışın və dialoqun inkişafına töhfə vermir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB