"Əməkdaşlığımız sosial cəmiyyətin çiçəklənməsinə töhfə verir"

"Əməkdaşlığımız sosial cəmiyyətin çiçəklənməsinə töhfə verir"

"Biz demokratiya sosial cəmiyyətin çiçəklənməsinə doğru səylər göstəririk. Azərbaycan tərəfi ilə əməkdaşlığımız da buna böyük töhfə verməkdədir". SİA-nın xəbərinə görə, bunu Albaniyanın prezidenti Ilir Meta VII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən deyib.

O bildirib ki, Azərbaycanla əməkdaşlıq nəticəsində yeni sülh müqaviləsi imzalamışıq ki, bununla regiona sülhü gətirmişik.

Onun sözlərinə görə, Albaniya münasibətlərin qurulmasında, əməkdaşlıqda maraqlıdır: "Regionun inkişafında səylərimizi göstəririk ki, bunun nəticəsində yeni investisiyaların gətirilməsinə səbəb olacaq. Əfqanıstanda başlayaraq İraqa qədər ərazilərə sülh gətiririk. Albaniya tranzit ölkə kimi Avropada strateji əhəmiyyətə malikdir. Xəzər qazı Avropa İttifaqına çatdırılacaq. Bu da Avropanın enerji təhlükəsizliyi baxımından çox vacibdir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə