Şefik Dzaferoviç: "Beynəlxalq siyasətlər problemlərə görə hazırlanmalıdır"

Şefik Dzaferoviç: "Beynəlxalq siyasətlər problemlərə görə hazırlanmalıdır"

"Qarşımızda böyük problemlər var ki, onlardan biri qeyri-müəyyənlikdir. Kütləvi qırğın silahlarının məhdudlaşdırılması ilə bağlı beynəlxalq müqavilələr illərdir ki, öz mövcud olsa da indi fərqli məsələlər ortaya çıxıb. Bura terrorizm və digərləri daxildir". SİA-nın xəbərinə görə, bunu Bosniya və Herseqovinanın prezidenti Şefik Dzaferoviç VII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən deyib.

O bildirib ki, dünyada mövcud problemlər ictimai proseslərə təsir edir: "Köhnə problemlər mövcudluğunu saxlayır. Bunun qarşısının alınması üçün səylər göstərməliyik. Qlobal problemlər hər kəsə ziyan vurur. Bütün ölkələr bu problemlərin öhdəsindən təkbaşına gələ bilməz. Siyasətlər problemlərə görə hazırlanmalıdır".

Şefik Dzaferoviç söyləyib ki, hər bir ölkə üçün əsas məsələ təhlükəsizlikdir: "Bunu qlobal platformada təmin etmək mümkündür. Bu problemlərin öhdəsindən potensialımızı birləşdirərək gələ bilərik. Müasir təsirlərə və təhlükələrə qarşı müasir həllər tələb olunur. Əsasən də qabaqcıl mübarizə dünyada əmin-amanlığa səbəb ola bilər. Münaqişələr bəşəriyyətin yer üzündən silinməsi ilə yekunlaşa bilər. Bu baxımdan bütün ölkələr, beynəlxalq hüquq bunun qarşısının alınması istiqamətdə səylərini gücləndirməlidir. Mənim ölkəm də bunda maraqlıdır. Bosniya və Herseqovina beynəlxalq hüququn qorunmasında öz fəaliyyətlərini davam edir. Biz bununla yeni dünya quruluşuna nail ola bilərik".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə