"Dünyanı formalaşdıran komanda yeni təlatümlər qarşısındadır. Bu gün dünyada bir çox dəyişikliklər baş verməkdədir" SİA-nın xəbərinə görə, bunu Əfqanıstan prezidenti Əşrəf Qani VII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən deyib.
O bildirib ki, dünyada çətinlik, xarici münasibətlər əməkdaşlığı vadar edir ki, buna fokuslanaq: "Bunun nəticəsində sülh bərqərar olunsun. Qlobal olaraq dünyada qeyri-müəyyənlik böyük təsirlərini göstərməkdədir. Təşkilatların koordinasiyası, köhnə modellər keçərli deyil və yeniliklər tələb olunur".
Əşrəf Qani söyləyib ki, yeni funksiya və tapşırıqların öhdəsindən gəlməliyik: "Dünya terrorizmi ilə bağlı problemlər yeni həllərin axtarılmasını tələb edir. Dünyada müəyyənləşdirilən oyunlar yeni amilləri ortaya çıxarıb ki, bu da təhlükələrə səbəb olub. Qorxu və tənbəl yanaşmanı da dünyada görməkdəyik. Buna görə də biz yeni xarici siyasətlərimizi müəyyən etməliyik. Eyni zamanda problemlərin arxasında imkanlar var ki, onlardan istifadə etməliyik. Əməkdaşlığın daha da yüksək olması bizi kreativ olmağa sövq edir. Dini kitablarda da bununla əlaqədar şərhləri tapmaq mümkündür".
Əfqanıstan prezidenti söyləyib ki, yeni strukturun yaradılmasına yaradıcı yanaşmalıyıq: "Qarşılıqlı əlaqə yeni dünyanın yaradılmasında prioritetdir. Bunu diqqət mərkəzində saxlamalıyıq. Dünyada aktiv idarəetmə tələb olunur. Gələcəkdə rəqəmsallaşmanı görürük, bunun mənfi tərəfi işsizlikdir ki, bu artmaqdadır. Dünya təhlükəsizliyinə də bunun təsiri ola bilər. Xarici siyasətdə əməkdaşlığa keçməliyik, liderlər də bunu görürlər. Bu istiqamətdə gedişat vacibdir. Forumlar belə yanaşmanın vacibliyini ortaya qoyur. Bununla təhlükələrə qarşı daha yaxşı mübarizə aparmaq mümkündür".
Ə.Qani qeyd edib ki, yeni dünya quruluşu yaratmalıyıq: "Biz bütün dövlətlərlə əməkdaşlıq edib, dünya iqtisadiyyatına töhfə vermək istəyirik. Bununla yanaşı müharibə və yoxsulluğun qarşısıın alınmasında əməyimizi əsirgəməyəcəyik. Forumun mövzusu gələcəyin konturlarını cızacaq. Buna görə Azərbaycan Prezidentinə təşəkkür edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB