Tahir Kərimli: “Məkrli qüvvələr müxalifətdən bir maşa kimi istifadə edir ” RƏY-ÖZƏL
“Hər bir aksiyanın, kütləvi tədbirin məqsədi olmalıdır”. Bunu SİA-ya açıqlamasında Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib. Onun sözlərinə görə, lap deyək ki, hakimiyyət razılaşdı və sizdə mitinq keçirdiniz bayram qabağı: “Kim gələcək mitinqə və bu mitinqlə nə əldə edəcəksiniz? Onlara sual vermək lazımdır ki, bununla nə əldə etmək istəyirsiniz? Deməli onların məqsədi ölkəmizin əldə etdiyi uğurlara kölgə salmaq və bu ölkəni qarışdırmaqdır. Xaricidə bəzi qüvvələr var ki, ölkəmizə qarşı qısqanclıq hissi ilə yanaşır və öz məkrli planlarını reallaşdırmaq üçün ölkə müxalifətindən bir maşa kimi istifadə edirlər. Əlbəttə ki, müxalifətin bu cür hərəkətlərə əl atması cəmiyyət tərəfindən yaxşı qarşılanmır. Çünki ölkədə sabitlik var, sosial-iqtisadi uğurlar mövcuddur, əhali firavan, sabit və sakit həyat yaşayır. Müxalifət isə bu uğurları qəbul etmək istəmir. Amma dərk etməlidirlər ki, xarici qüvvələr və müxalifət heç vaxtı inkişaf etmiş Azərbaycan dövlətinin uğurlarına kölgə sala bilməyəcəkdir. Çünki dövlətimiz dünya dövlətləri arasında öz sözünü demiş və hörmətini qazanmış bir ölkədir. Yaxşı olardı ki, müxalifət bu istəyindən əl çəksin. Çünki xalq tərəfindən heç bir dəstəyi yoxdur. Belə olan halda da, onlar tərəfindən keçirilən aksiyaların heç bir nəticəsi olmayacaqdır”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB