"Zurabişvilinin "soyqırımı" abidəsini ziyarət etməsi siyasi təcrübəsizlikdir" ÖZƏL-ŞƏRH
“Gürcüstan prezidenti Salome Zurabişvilinin Ermənistana səfəri çərçivəsində qondarma “erməni soyqırımı abidəsi”ni ziyarət etməsini onun siyasi təcrübəsizliyi və savadsızlığı ilə əlaqələndirərdim. Çünki Azərbaycan dövlətinin hesabına yaşayan Gürcüstan belə addımlar atmamalıdır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aytən Mustafayeva deyib.
Deputatın sözlərinə görə, Azərbaycan daim Gürcüstanı (həm yaxşı, həm də pis günlərində) dəstəkləyib: “Mən özüm şəxsən 2008-ci ildə Gürcüstanın keçmiş prezidenti Eduard Şivardnadzenin qəbulunda qonaq qismində olmuşdum. O, Ümummilli Lider Heydər Əliyevi yada salarkən demişdir ki, “Gürcüstan dövlətçiliyinin qorunub saxlanılmasında Heydər Əliyevin böyük rolu vardır”. Çünki Gürcüstan o zamanlar Rusiya tərəfindən və s. dağıdılıb param-parça edilə bilərdi. Amma Ümummilli Lider Heydər Əliyev “Əsrin müqaviləsi”ni həyata keçirəndə boru xəttlərinin Gürcüstanın ərzisindən keçirilməsini təmin etdi. Məhz bundan sonra Ulu Öndər Gürcüstan dövlətinin bu günün və sabahını sığortalamış oldu. Daha sonra cənab Prezident İlham Əliyev özünün yeni layihələrini də Gürcüstanın iştirakı ilə reallaşdırdı. Bu o deməkdir ki, Azərbaycan Gürcüstana böyük dəstək verir. Məhz tranzit ölkə olaraq Gürcüstan böyük gəlirlərə sahib oldu. Ona görə də Eduard Şevardnadzenin dediyi sözlər hər zaman mənim yadımda qalıb. Mən indi görürəm ki, siyasət savadından, diplomatik savadından uzaq olan adamlar belə səhvlər edə bilərlər”.
Qeyd edək ki, Gürcüstan prezidenti Salome Zurabişvili Ermənistanda səfərdədir. Gürcüstan KİV-nə istinadən xəbər verir ki, səfər Yerevanda yerləşən qondarma “erməni soyqırımı abidəsi”nin ziyarətindən başlayıb. O, abidəni Ermənistan prezidenti Armen Sarkisyanın müşayiəti ilə ziyarət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB