“Neftqazelmitədqiqatlayihə” İnstitutunda şəhidlərin xatirəsi yad edilib
20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar olaraq ARDNŞ-nin "Neftqazelmitədqiqatlayihə" İnstitutunda şəhidlərin xatirəsi yad edilib. Bu barədə SİA-ya qurumdan məlumat verilib. Anım mərasimini giriş sözü ilə açan "Neftqazelmitədqiqatlayihə" İnstitunun direktoru Fəxrəddin İsmayılov bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizəsinin qəhrəmanlıq səhifəsidir. 1990-cı ilin 19-20 yanvar gününə qısa ekskurs edən natiq, belə çətin vəziyyətdə Ümummilli lider Heydər Əliyevin xalqla birlikdə olduğunu qeyd edib.
Vurğulanıb ki, 20 Yanvar hadisələrinə ilk siyasi, hüquqi qiymət məhz Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə ikinci dəfə qayıdışından sonra verilib. Tədbirdə çıxış edən iştirakçılar qan yaddaşımız olan 20 Yanvar facəsinin azərbaycanlılara qarşı zaman-zaman həyata keçirilən məqsədli siyasətin əsas tərkib hissələrindən biri olduğunu bildirib. Ulu öndər Heydər Əliyevin "Vətən uğrunda həlak olanlar şəhidlik zirvəsinə ucalırlar" fikrini önə çəkən natiqlər qeyd edib ki, dövlətimizin uğurlu siyasəti nəticəsində işğal altında olan torpaqlarımız azad olarsa, şəhidlərimizin ruhu şad olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB