Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Şəhidlər Xiyabanını ziyarət ediblər
Bu gün 1990-cı il baş verən 20 Yanvar faciəsindən 21 il ötür. Şəhidlər Xiyabanını ziyarət bu gün saat 10:00-dan etibarən başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Şəhidlər Xiyabanına gələrək 20 Yanvar faciəsinin qurbanlarının məzarlarını ziyarət ediblər. SİA-nın xəbərinə görə, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva məzarlar üzərinə tər qərənfillər düzüblər.
Azərbaycan hökumətinin üzvləri, parlamentin deputatları, diplomatik korpusun nümayəndələri də Şəhidlər Xiyabanını ziyarət ediblər.
Artıq səhər saatlarından başlayaraq on minlərlə insan 20 yanvar şəhidlərinin məzarlarını ziyarət etmək üçün Şəhidlər Xiyabanı qarşısında toplaşmağa başlayıb.
Bu ziyarət axşam saatlarına kimi davam edəcək. Saat 12:00-də Bakı şəhərində şəhidlərin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB