Anar Xəlilov: “Müxalifətin radikal qanadı fəaliyyətini sifarişə uyğun qurur” RƏY-ÖZƏL

Anar Xəlilov: “Müxalifətin radikal qanadı fəaliyyətini sifarişə uyğun qurur” RƏY-ÖZƏL

“Son vaxtlar Azərbaycanda Cənab Prezident tərəfindən aparılan yüksək sosial-iqtisadi islahatlar, uğurlu xarici siyasət və Qarabağ problemi ətrafında atılan müsbət addımlar həm xarici anti-Azərbaycan qüvvələri həm də daxildəki azsaylı müxalif qrupu narahat etməyə başlayıb”. Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib. Onun sözlərinə görə, minsk Qrupu həmsədrlərinin bəyanatı isə Ermənistan hakimiyyətini və cəmiyyətini sirkələyib: “Artıq dünya birlikləri Azərbaycanın haqq səsini tanımağa başlayıb və ədalətli mövqeyimizi dəstəkləyirlər. Azərbaycan ordusunun uğurlu geniş hərbi təlimlərə başlaması isə düşmənə son siqnal və xəbərdarlıq kimi dəyərləndirilir. Bunu görən erməni və himayədarları bütün gücləri ilə Azərbaycanda stabilliyi pozmağa daxili qarşıdurma yaratmağa çalışırlar. Bununla onlar Qarabağ probleminin Azərbaycanın leyhinə həlli prosesini dayandırmağa və vaxt udmağa səy göstərirlər. Məhz xaricdən dəstək alan müxalifətin radikal qanadı sifarişə uyğun olaraq daxili stabilliyi pozmağa can atırlar. Hesab edirəm ki, indiki situasiyada Azərbaycanda qarşıdurma yaratmağa can atan qüvvələrin bu hərəkəti dövlətçiliyimizə qarşıdır Azərbaycanın gələcəyini təhlükəyə atmağa xidmət edir. Müxalifətin planlaşdırmaq istədiyi icazəsiz aksiyalar xalq tərəfindən dəstəklənmir, lakin yoldan çıxartdıqları azsaylı gənclər və öz yaxın adamları ilə atacaqları qeyri-qanuni addım cəmiyyətdə qarşıdurma yaratmağa cəhd kimi qiymətləndiriləcəkdir. Təbi olaraq da, buna qarşı sərt tədbirlər görüləcəyi şübhəsizdir”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə