Mais Səfərli: “Müxalif partiyalar dağılma ərəfəsindədirlər” RƏY-ÖZƏL

Mais Səfərli: “Müxalif partiyalar dağılma ərəfəsindədirlər” RƏY-ÖZƏL

“Bu gün dağıdıcı müxalifət elə acınacaqlı durumdadır ki, bilmir ki, hansı yolla özünü cəmiyyətə təqdim etsin”. Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib. Onun sözlərinə görə, bildiyiniz ki, uzun illərdi ki, bu qüvvələr müxalifətdədirlər: “Bu illər ərzində də bütün mərhələdən olan seçkiləri uduzublar. Onların fəaliyyətsizliyi nəticəsində bəzi partiyalar dağılıb, bəziləri də, arxivə göndərilib. Hazır ki, vəziyyətdə də müxalif partiyalar dağılma ərəfəsindədirlər. Bu gün sadəcə olaraq, gündəmdə qalmaq üçün çox çeşidli üsullardan istifadə edirlər. Onlardan da biri kütləvi aksiyaların keçirilməsinə cəhdlərin göstərilməsidir. Kütləvi aksiyaların keçirilməsi qanunla Azərbaycan vətəndaşlarına verilmiş hüquqdur. Yeri gəlmişkən bu hüquqdan ən çox radikal müxalifət istifadə edir. Bu gün mitinq keçirməyin nə əhəmiyyəti var? Ölkədə hansı ciddi problem var ki, mitinq keçirilsin. Tam qətiyyətlə demək olar ki, bu günki, gündə mitinqlərə ehtiyac yoxdur. Ümumiyyətlə, bu cür aksiyaların keçirilməsi nə cəmiyyətə, nə də ki, müxalifətə heç nə vermir. Demək olar ki, bu cür mitinqlərin keçirilməsi ilə müxalifət bir daha necə bir cılız qüvvə olduğunu göstərir. Çünki müxalifətin bu cür mitinqlərinə xalq tərəfindən heç bir dəstək yoxdur və olmayacaqda. Yaxşı olardı ki, müxalifət öz sıralarında islahatlar aparsın, öz təşkilatlarını yenidən qurmağa çalışsın. Demək olar ki, bu gün müxalifət nə isə bir məsələnin ucundan tutub, ucuzluğa getməyə, ən azı mətbuatın diqqət mərkəzinə çevrilməyə çalışırlar. Bu isə siyasi fəaliyyət demək deyil. Siyasi fəaliyyət nə deməkdir? Bu barədə siyasi nəzəriyyələrdə geniş şərh olunubdur. Heç olmasa açıb siyasi nəzəriyyələrə baxsınlar ki, bunlar bir partiya kimi fəaliyyət göstərmək istəyirlərsə nə etməlidirlər”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə