"Həmsədrlərinin son bəyanatı iki istiqamətdə şərh olunmalıdır" ÖZƏL-RƏY

"Həmsədrlərinin son bəyanatı iki istiqamətdə şərh olunmalıdır" ÖZƏL-RƏY

"Ümumiyyətlə ATƏT-in Minsk Qrupu həmsədrlərinin son bəyanatı iki istiqamətdə şərh olunmalıdır. Birinci istiqamət ondan ibarət idi ki, bu günə qədər Paşinyanın Ermənistanda bəyan etdiyi guya qondarma rejimin rəhbərliyini danışıqlara qoşmaq və guya Ermənistanın bu işdə əlinin olmaması ilə bağlı təcridetməsi siyasəti Paşinyanı bir növ çərçivəyə saldı". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloqun sözlərinə görə, bu, Paşinyanın siyasi iflası idi: "İkincisi isə Qarabağla bağlı verilən bəyanatda konkret olaraq Ermənistan işğalçı şəkildə göstərilmir. Ən xoşa gəlməyən şey odur ki, 26 il ötməsinə baxmayaraq ATƏT-in Minsk Qrupu məsələlərə hələ də ikili standartla yanaşır. Əgər konkret desələr ki, işğalçı və işğala məruz qalan dövlət də öz vətəndaşlarını sülhə hazırlamalıdır bu düzgün olardı. Biz nəyə hazırlaşmalıyıq? Azərbaycan dövlətinin başçısı elan edib ki, ölkəmizin ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa yüksək status verməyə hazırıq. Qoy onlar gedib Dağlıq Qarabağda qızışdırdıqları daşnakları ona hazırlasınlar. Biz isə Azərbaycan vətəndaşlarını xalq diplomatiyası yolu hazırlayaq ki, bəli, Azərbaycan ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa status verilir. Biz buna hazırıq, amma gəlin görək ermənilər buna hazırdılarmı? Onlar yalnız provokasiya ilə məşğuldur. Ona görə də ATƏT-in bəyanatları daha dəqiq, aydın və daha aşkar olmalıdır. Amma çox təəssüf ki, biz hələ də ATƏT-dən belə bəyanat görməmişik”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə