Cəmaləddin Quliyev: “20 Yanvar faciəsi haqqında xeyli yazı yazmağa, yeni, xüsusi tədqiqatlar aparılmasına ehtiyac duyulur” - AÇIQLAMA

Cəmaləddin Quliyev: “20 Yanvar faciəsi haqqında xeyli yazı yazmağa, yeni, xüsusi tədqiqatlar aparılmasına ehtiyac duyulur” - AÇIQLAMA
Azərbaycanın digər tarixi faciələri kimi 20 Yanvar faciəsi də mətbuat orqanlarında kifayət qədər işıqlandırılır və cəmiyyətə çatdırılır. Bu barədə SİA-ya açıqlamasında "Paritet" qəzetinin baş redaktoru Cəmaləddin Quliyev məlumat verib. O bildirib ki, 20 Yanvar faciəsi baş verdikdən sonra bu tarixi faktın mətbuatda işıqlandırılması istiqamətində "Səhər" qəzeti çox böyük tirajla nəşr olunub, "Odlar Yurdu" qəzeti geniş fəaliyyət göstərib, həmçinin Naxçıvan televiziyası bu istiqamətdə fəallıq nümayiş etdirib.

İllər keçdikcə ağrıların bir az səngidiyini deyən baş redaktor vurğulayıb ki, indi mətbuat 20 il bundan əvvəl olduğu kimi həmin hadisələrin üstünə müntəzəm şəkildə qayıtmır.

"Ancaq bununla yanaşı hesab edirəm ki, hadisələr haqqında xeyli yazı yazmağa, yeni, xüsusi tədqiqatlar aparılmasına ehtiyac duyulur. Düşünürəm ki, faciə qurbanlarının sayı, istifadə olunan silahlarla bağlı müəyyən mübahisələr var və Rusiya da bu hadisələrlə bağlı tarixi faktları gizlətməyə çalışır", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə