Cəbi Bəhrəmov: “İndiyə qədər də Qarabağ münaqişəsinin həll olunmamasının birinci səbəbkarı həmsədr dövlətlərdir” - MÜSAHİBƏ

Cəbi Bəhrəmov: “İndiyə qədər də Qarabağ münaqişəsinin həll olunmamasının birinci səbəbkarı həmsədr dövlətlərdir” - MÜSAHİBƏ

Azərbaycan Milli Elmlər Akadmeiyasının Tarix İnstitutunun direktor müavini Cəbi Bəhrəmovun SİA-ya müsahibəsi

- Sabah 20 Yanvar faciəsinin ildönümüdür. Faciənin SSRİ dövründə baş verməsinə baxmayaraq, Rusiya hadisənin səbəblərini gizlətməyə çalışır. Sizcə, bunun səbəbləri nədir?

- Düşmənlərin Bakıya hücum etməsi, şəhərə təcavüzü təkcə 90-cı ilin hadisəsi deyil. Tarixi kök etibarı ilə bu istiqamətdə atılan addım 1723-cü ilə aiddir, yəni öz tarixini buradan götürüb. I Pyotr tərəfindən yaradılan Rusiya İmperiyasının Bakıya ilk təcavüzü 1723-cü ilin iyunundan başlanıb. O zaman general Matyuşkin Bakı şəhərini top atəşinə tutaraq onu zəbt edib. Birinci cəhd 1806-cı ilin oktyabrında göstərilib və gürcü mənşəli general Sisyanov bura hücum edib.

İkinci təcavüz 1917-ci ilin sonundan başlayır. Belə ki, Lenin tərəfindən verilən əmrə əsasən Qafqazın fövqəladə və səlahiyyətli komissarı Şamuyan təyin edildikdən sonra birbaşa bura göndərilir. 1918-ci ildə burada törədilən soyqırım kökünü həmin dövrdən götürüb. Hər sadaladığım həmin dövrlərdə Bakı şəhərinin əhalisi təcavüzə, soyqırıma məruz qalır. Bunlardan ən böyük və dəhşətlisi isə 1918-ci il Mart soyqırımı idi. Leninin imzaladığı sərəncamları Bakıya gələn 5 min erməni başkəsənləri, eyni zamanda bolşeviklər, menşeviklərin hamısı nəyin bahasına olursa olsun, Bakını Azərbaycanın əlindən almaq istəyirdilər.
Birinci dəfə 1917-ci Lenin tərəfindən Şaumyan fövqəladə komissar təyin edildən sonra 5 yüz min manat qızıl pul ayrılıb. Fevral ayında 31 milyon 800 min rubl ayrılıb. 2 aeroplan, 2 zirehli maşın, 5 min tüfəng. Ən çox diqqəti cəlbedən cəhət odur ki, bu silahlar Moskva Hərbi Dairəsindən ayrılır və Qafqaz cəbhəsindən qayıdan rus ordusunun tərkibində 5 min erməni vardı. Bakıya gəldikdə isə həmin 5 min tüfəng ermənilərə verilir.
Eləcə də 1920-ci ilin aprel ayında hücum zamanı ordunun siyasi rəhbərləri - ermənilərdən Mikoyan, yəhudilərdən Levandovski və başqaları olur. Bu dövr, hakimiyyət dəyişsə də Azərbaycana, Qafqaza olan münasibət öz mahiyyətini dəyişmir. Hətta Sovet hakimiyyəti illərində, 1920-ci illərdə Bakının alınıb Rusiya Federasiyasına verilməsi söhbəti vardır. O zaman Nəriman Nərimanov və İman Mustafayevin vaxtında bunlar mümkün olmadı. Nəhayət, Bakıya edilən son təcavüz 1990-cı ilin təcavüzüdür. Burada da əhali qətlə yetirilib, soyqırıma məruz qalıb. Mahiyyət isə ondan ibarətdir ki, onlar heç vaxt bu fikri qəbul etməyib, indi də etmirlər. Bunu təsdiq edən fakt odur ki, 2008-ci ilin mart ayının 14-də BMT-nin Baş Asssambleyasında Azərbaycan Republikasının ərazi bütövlüyü səsverməyə qoyulanda 3 həmsədr dövlət-Rusiya, Fransa və ABŞ bunun əleyhinə səs veriblər. 39 dövlət "hə", 7 dövlət "yox", digər dövlətlər isə neytral qalıb. Bu da onu göstərir ki, ərazi bütövlüyünü tanımamaq, o cümlədən onun paytaxtının da ona məxsus olmaması deməkdir.

- Bu gün Rusiya bir yandan Azərbaycana dostluq əlaqələr qurur, digər tərəfdən isə faciələrin bilavasitə iştirakçılarını gizlədir. Bunu necə izah etmək olar?

- Təəccüblənməyin, bu diplomatiyadır. Diplomatlar heç vaxt öz dilləri ilə niyyətlərini açıq şəkildə ifadə etmirlər. Bir var sadəcə dildə olan söhbət, bir də var niyyətində olduğu məsələ. Bunun bariz nümunəsi odur ki, BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə əsasən, əgər hər hansı bir dövlət başqa bir dövlətin ərazisini işğal edərsə, həmin dövlət öz süverenliyini, ərazi bütövlüyünü qorumaq üçün silahdan istifadə edə bilər. Ermənistan Azərbaycan ərazinin 20 faizini işğal edib və bu işğal Rusiya vasitəsilə həyata keçirilib. İndi də bu siyasət davam edir. Rusiya, ABŞ, Fransa Ermənistanı təcavüzkar dövlət kimi tanımır. Buna səbəb nədir? Demək səbəblərdən biri odur ki, əgər təcavüzkar kimi tanınsa, ermənilər açıq şəkildə bu işğalın Rusiya tərəfindən həyata keçirildiyini elan edəcəklər. Ermənilərin xəyanətkar olduğunu ruslar bilir. O cümlədən də 20 yanvar məsələsində görün kimlərdən istifadə ediblər? Ruslar 1918, 1920-ci ildə ermənilərdən istifadə ediblər. O cümlədən 1990-cı il 20 yanvar qırğınında cinayəti törədən erməni rezervistləri idi. Rusiya onlardan istifadə edərək bu təcavüzü sürətləndirib. O cümlədən bunun ən bariz təsdiqi SSRİ rəhbərliyinin bu cinayəti törətməyinin tam sübutu da var. Vaqif Mustafayevin "Bir həsədin tarixi" sənədli filmində Mixail Qarbaçov aşkar şəkildə etiraf edir ki, "Mən 20 yanvar faciəsini törətdim və Azərbaycan xalqı da məni lənətlədi". Bundan artıq etiraf yoxdur. İndiyə qədər də Qarabağ məsələsinin həll olunmamasının birinci səbəbkarı həmin 3 həmsədr dövlətlərdir. Ayrı-ayrılıqda Azərbaycan tam sərbəst şəkidə öz torpaqlarını, ərazi bütövlüyünü nəinki bərpa etməyə, hətta düşməni öz yurdunda məhv etməyə qadir bir ölkədir. Ancaq indi buna imkan verməyən Rusiya, ABŞ və Fransadır. Ümumiyyətlə, bütövlükdə götürdükdə bu məsələdə ermənilərin yox, özlərinin mənafeələrini müdafiə edən həmin iri dövlətlərdir. Ermənilər sadəcə olaraq vasitədir, onlarda hər zaman istifadə olunub və indi də istifadə olunur.

- 1991-ci il 20 yanvar faciəsindən 21 il keçməsinə baxmayaraq, hələdə şəhidlərimizin qanı yerdədir. Necə düşünürsünüz, bu hadisənin intiqamını necə almaq olar?

- Bu uzunmüddətli bir prosesdir. Azərbaycan ilk növbədə mühüm olan Dağlıq Qarabağın ərazi bütövlüyü məsələsinin həllidir. Bundan əlavə, Azərbaycanın bütövlükdə beynəlxalq aləmdə hüquqi nöqteyi-nəzərdən ərazi məsələlərinin, itirilmiş torpaqlarının qaytarılmasıdır. Bu uzun məsələdir. İllər ərzində təcavüzlər olunub və bu gün Azərbaycanın ən ağır itkisi torpaq itkisidir. Bir ölkənin torpağı neçə-neçə parçaya bölünərək düşmən kəsilən zümrəyə dövlət yaradırlar. Həmin Ermənistan Azərbaycan ərazisində yaradılan qondarma dövlətdir. Bunu Qərb dövlətləri yaratdılar. Türkiyə ərazisində bunu edə bilmədilər, çünki türklər buna imkan vermədi. Onlar Azərbaycanın qərb hissəsində bu ölkəni yaratdılar və 1920-ci ildə sovet rusiyası Ermənistanı "qapazdadı". İndi də özünün əlaltısına çevirib. Amma buna baxmayaraq hazırda 1991-ci ildən 2010-cu ilə qədər ABŞ Ermənistana 4 milyard 365 milyon dollar çərçivəsində yardım göstəriliub. Azərbaycana isə bu yardım olmayıb. Dağlıq Qarabağa orta hesabla 20 il ərzində hər il 8-10 milyon dollar həcmində yardım göstərib. Bu da 20 il ərzində 200 milyin dollardan çox edir. Bu yardımı kimə edirsən? Bu gün beynəxlalq hüququn işləməməsi göz qabağındadır. Ona görə də Azərbaycanın ilk növbədə iqtisadi, hərbi cəhətdən qüdrətlənməsi lazımdır. Bu proses indi çox uğurla gedir. Düşünürəm ki, ideoloji məsələdən, xüsusilə Azərbaycan elminin inkişafını təmin etməklə alimlərin potensialından yararlanaraq Rusiya, ABŞ və Fransanın səhv siyasətini ifşa etmək lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə