Xədicə ilə Nərminin eyni motivdən çıxış etmələri təsadüfdürmü? FOTOLAR

Xədicə ilə Nərminin eyni motivdən çıxış etmələri təsadüfdürmü? FOTOLAR

Milli qəhrəmanlarımızı “qatil” adlandıranlar erməni xüsusi xidmət orqanlarının təlimatlarını icra edirlər!

Radikal müxalifətin və onların havadarlarının həqiqi mənada sözlərinin bitdiyi yerdir və zamandır. Yəni, Azərbaycan dövlətinin və hakimiyyətinin apardığı məqsədyönlü, birbaşa xalqın rifah halının yaxşılaşdırılmasına, sosial problemlərin həllinə doğru yönəlmiş inqilabi siyasəti sözügedən “zümrənin” istər siyasi, istərsə də digər faktorlar baxımından fəaliyyətlərinə birdəfəlik kilid vurub. Artıq mitinq keçirmək üçün belə, heç bir şüarları qalmayan dağıdıcılar bu dəfə yersiz, gülünc və bayağı aksiyaları vasitəsi ilə heç olmasa bircə gün olsa belə, ortalıqda qalmağa, gözə görünməyə cəhdlər göstərirlər. Lakin bu mövzuya toxunmağımın daha bir səbəbi də var ki, bu səbəb, həm oxşar məsələlərin, həm də bu məsələləri süni şəkildə, zorla ictimai rəyə sırımağa çalışan ünsürlərin bir-birlərinə nə qədər bənzədiklərini sübuta yetirir.

Hər şey Leyla Yunusova ilə başladı...

Biz, hələ martın 8-dən öncə, Avropa Parlamentində erməni lobbisinin dəstəyi ilə keçirilən bir toplantıda “SDİ”nun direktoru Leyla Yunusova Azərbaycanlıları təhqir edən, alçaldan və xalqımız haqqında mövcud olmayan yalanların, böhtanların səsləndirdiyinin şahidlərinə çevrildik. Millətimizi aşağılayan fikirləri bir daha diqqətə çatdırmaq yerinə düşərdi. L.Yunusova “ermənifobiya” adlı toplantıya canlı yayım vasitəsi ilə qatılaraq iddia etdi ki, demə azərbaycanlılar nəinki ermənilərə, bütövlükdə xristian aləminə qarşı “düşmənçilik” mövqeyi sərgiləyir və s. Əlbəttə ki, belə bir sərsəm, ağılasığmazlıq dərəcəsində planlaşdırılmış “çıxışın” arxasından erməni lobbisinin, yaxud, erməni lobbisinin maliyyələşdirdiyi xarici təşkilatların izləri görünməkdədir. Onsuz da gödənini erməni pulu ilə doldurmuş L.Yunusovadan başqa yanaşmanı da gözləməyə dəyməzdi. Fakt budur ki, o yaşadığı ucuz və satqın həyatını məhz ermənilərə sərf edib, bu gün də etməkdədir. Bütövlükdə, Yunusovlar ailəsi barədə həmin mövzuda minlərlə faktlar, sübutlar mövcuddur və onların yenidən sadlanmalarına ehtiyac da yoxdur.

Lakin maraqlı məsələ ondadır ki, o hələ həbsdə olarkən, adını “siyasi məhbuslar” siyahısına salıb haray-şivən qoparan AXCP sədri Əli Kərimli, yaxud digər radikal müxalifət “liderləri” L.Yunusovun bəyanatına hətta kiçik olsa belə, etiraz səslərini qaldırmadılar. Bununla da özlərinin də ondan geri qalmadıqlarını dolayısı ilə etiraf etdilər. Ancaq sağlam düşünməyi bacaranlar Qarabağda, Xocalıda və s. işğal olunmuş ərazilərimizdə qız-gəlinlərimizin, körpələrimizin başlarına gətirilən fəlakətlər barədə yaxşı bilirlər, zaman-zaman həmin faktları dünya birliyinə xatırladırlar. Amma görünən budur ki, bir daim ikili standartlardan çıxış edən Avropa Parlamenti, yaxud bu quruma bağlı təşkilatlar həmin faktları gözardı edib, açıq-aşkar erməniyə işlədiklərini, erməni kəşfiyyatına nökərçilik etdiklərini, erməni pulu ilə yaşam tərzi sürdüklərini gizlətmirlər.

Tərbiyəsiz Xədicə İsmayıl...Anasını döyən Fatimə Mövlamlı...Satqın Nərmin Şahmarzadə...

Ancaq bu hadisədən sonra baş verən daha bir olay bayaq da qeyd edildiyi kimi, həmin ünsürlərin bir-birlərinə nəm qədər bənzədiklərini kifayət qədər isbatlayır. Hətta L.Yunusovanın Avropa Parlamentindəki canlı yayım çıxışının sonrakı məsələlərə “başlayın” komandasının verilməsi ilə də əlaqələndirmək olar.

Məsələ ondadır ki, 8 mart beynəlxalq qadınlar günü şəhərin mərkəzində erməni lobbisinin maraqlarına işləyən xarici təşkilatların layihələri əsasında küçələrə çıxan dırnaqarası qadınlar “qadına şiddətə yox” adı altında aksiya keçirməyə çalışdılar. Bəs kimər idi bu aksiyalara qatılanlar? Bax, sualın da məğzi, eləcə də bu suala yaranan cavabın məğzi bundadır!

Xədicə İsmayılova – əxlaqsızlığı və tərbiyəsizliyi ilə ad çıxaran, vaxtilə məlum videoları sosial şəbəkələrdə boy-boy gəzən, xarici ölkələrdə Qarabağımızın işğalı ilə bağlı keçirilən toplantılara daxil olaraq arxasını çevirən, Leyla Yunusovanın azadlığa çıxmasını (həmin vaxt L.Yunusova həbsdə idi) tələb edən şüar səsləndirib ümummilli məsələmizi pozmağa çalışan satqın!

Fatimə Mövlamlı – doğma anasını döyərək, polisə düşən AXCP fəalı və onun saxlanmasını siyasiləşdirən Əli Kərimlinin gözəlçəsi, sosial şəbəkələrdə göbəyiaçıq şəkildə sərxoşluq edən və milli-mənəvi dəyərlərimizə qətiyyən sığmayan hərəkətləri ilə özünə haqq qazandırmağa çalışan mədəniyyətsiz ünsür!

Və...

“Qadına şiddətə yox” şüarlarının sonradan LGBT-yə, lesbiyanlığa “yaşıl işıq” şüarı ilə əvəzlənməsinə təəccüb etmirsən...

Və Nərmin Şahmarzadə - şanlı şəhidimiz Mübariz İbrahimova dil uzadan, onu “qatil” adlandıran xain və ləyaqətsiz!

Ümumiyyətlə, bu qrupa daxil olanların hər birində Azərbaycan xanımına yaraşmayan o qədər çox ştirxlər var ki, onları nəzərdən keçirdikcə, “qadına şiddətə yox” şüarlarının sonradan LGBT-yə, lesbiyanlığa “yaşıl işıq” şüarı ilə əvəzlənməsinə təəccüb etmirsən. Bax, məsələ də bundadır!

Məsələ bundadır ki, hadisə yerindən çəkilmiş videolara baxanda açıq-aşkar görünür ki, X.İsmayılovanın özü “ağlında” və “tərbiyəsində” olan rəfiqələri F. Mövlamlının və Aytac Tapdıqın polis əməkdaşlarına qarşı etdikləri radikal davranışlara polislərimiz "zəhmət olmasa", "xahiş edirik", "lütfən, çox xahiş edirik", "bir qədər geri çəkilsəydiniz, minnətdar olardıq" -kimi ifadələri ilə cavab verirdilər. Ancaq daha bir məsələ də budur ki, haqqında bəhs etdiyimiz aksiyanın arxasından yenə də Əli Kərimli çıxır. Yəni o, bu dəfə adları sadalanan məxluqlar arxasından öz murdar siyasətini yürütməyə cəhd göstərib, necə deyərlər, arvad bezi dalından...

Xaricdən qrant gəlirsə Xədicə və bəlli ətrafı Azərbaycan haqqında mənfi imic yaratmaq üçün belə aksiyaları zaman-zaman düşünüb və tətbiq edib

Bu arada, N.Şahmarzadə məsələsinə də geri dönməyi vacib bildim. Bu gün sual oluna bilinər ki, onun X.İsmayılovanın aksiyasında iştirakı nədən qaynaqlanır? Şiddətmi? Əsla! O, sadəcə haqsız ittihamı ilə bütövlükdə xalqın haqlı ittihamı, haqlı iradı və haqlı narazılığı ilə qarşı-qarşıya qalıb. Hətta bunu “şiddət” hesab etsə belə, yenə də günahkar özüdür!

Digər tərəfdən, əgər N.Şahmarzadənin “delosu” daha dərindən araşdırılarsa, həmin araşdırmalardan erməni xüsusi orqanları tərəfindən təlimatlandırıldığı aşkar edilərsə, bundan da təəccüb etmək olmaz. Çünki Mübariz İbrahimov kimi qəhrəmanımızı “qatil” adlandıran elə N.Şahmarzadə kimiləri ola bilər. Daha dəqiq desək, QHT təmsilçisi Sənan Nəcəfovun sosial şəbəkədə yazdığı kimi, erməni xüsusi xidmət orqanları bax elə belə şeylər üçün hazırlayır bunları. Xaricdən qrant gəlirsə Xədicə və bəlli ətrafı Azərbaycan haqqında mənfi imic yaratmaq üçün belə aksiyaları zaman-zaman düşünüb və tətbiq edib. Gələcəkdə də edəcəklər. O da əbəs deyil ki, digər qəhrəmanımız Ramil Səfərovun dövlət bayrağımızı təhqir etdiyinə görə erməni əsgərinə lazımi cavabını verməsi məsələsində də X.İsmayılova zabitimizi “qatil” adlandırmışdı. Sizcə, X.İsmayılova ilə N.Şahmarzadənin eyni motivdən çıxış etmələri təsadüfdürmü???

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə