"Bu, Prezidentlə vətəndaş arasında olan sıx monolit birləşmənin əyani təzahürüdür" MÖVQE-ÖZƏL
“Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəldikdən sonra bəyan etdi ki, “mən hər bir azərbaycanlının prezidentiyəm”. Ölkə başçısı artıq 16 ildir ki, sözünə sadiq qalaraq vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi, iqtisadiyyatımızın inkişafı və digər sahələr üzrə mühüm addımlar atır, islahatlar həyata keçirir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən illərdir ki, həyata keçirilən sosial paketin son iki ay müddətində daha yeni formada həyata keçirildiyini deyən deputat deyib ki, bunun nəticəsində qısa zaman kəsiyində əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində inqilabı addımlar atılıb:
“2018-ci ilin 11 aprel prezident seçkilərindən sonra cənab Prezident bəyan etdi ki, Azərbaycan inkişaf mərhələsində yeni dövrə qədəm qoyur. Ölkə başçısının bu fikirləri 2019-cu ilin iki ayında imzalanan mühüm sərəncamlar, verilən qərar və fərmanlarla bir daha öz təsdiqini tapdı. Əmək haqlarının, təqaüdlərin, pensiyaların artması, problemli kreditlərin həll edilməsi, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində atılan addımlar bunun bariz göstəricisidir”.
Ötən həftə Azərbaycan Prezidentinin Ağsu və Şamaxı rayonlarına səfəri, zəlzələ zamanı zərər çəkən evlərin bərpası ilə yaxından tanış olmasını xatırladan C. Osmanov vurğulayıb ki, ölkə başçısının vətəndaşlarla birbaşa ünsiyyəti Prezidentlə vətəndaş arasında olan sıx monolit birləşmənin əyani təzahürüdür: “Azərbaycan xalqı hər zaman Ulu Öndər siyasətini dəstəklədiyini və prezident İlham Əliyevə inandıqlarını hər yerdə bəyan edir. Şamaxı və Ağsuda da bunun şahidi olduq. Rayon sakinləri ölkə başçısına dəstək olduqlarını şərəflə qeyd etdilər. Bundan başqa Azərbaycan təbii fəlakət zamanı vətəndaşına dəyən ziyanı ödəməklə də digər ölkələr üçün bir nümunəyə çevrilib. Dünyanın heç bir ölkəsində belə addımların atılmadığını nəzərə alsaq deyə bilərik ki, Azərbaycan bu məsələdə də vətəndaşlarına nə qədər önəm verdiyini, sosial ölkə olduğunu bir daha təsdiqləmiş olur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB