Sirr deyil ki, AXCP sədri Əli Kərimli heç vaxt təmsil olunduğu dağıdıcı düşərgəni digər “liderlərlə” bölüşməyib. Bu, artıq kifayət qədər sübuta yetirilən bir reallıqdır. Lakin həmin reallıqlar sırasında daha bir məqam var ki, bu da AXCP ilə Müsavat arasında uzun illərə söykənən barışmaz düşmənçilik faktorudur. Hətta ara-sıra, xüsusilə seçkilər ərəfəsində illərdir ki, çoxsaylı “koalisiyalarda” bir araya gələn cəbhəçilərlə müsavatçılar sonda bir-birlərini ən ağır şəkildə ittiham, təhqir atəşlərinə tutub, həmin “kolalisiyaları” tərk ediblər. Əsas ittihamlar isə “hakimiyyətə işləmək” kimi iddialardır.
Bəlli nifrətin kökü yenə də İsa Qəmbərin üzərindədir
O da məlumdur ki, radikal müxalifətdə təmsil olunan partiyalar sırasında ən çox Ə.Kərimli ilə müsavatçıların sabiq başqanı İsa Qəmbər arasında patoloji nifrət hissləri mövcuddur. Bu nifrət söz yox ki, Müsavatın hazırkı başqanı Arif Hacılıya doğru da yönəlib. Lakin bəlli nifrətin kökü yenə də İ.Qəmbərin üzərindədir. O, bu gün başqan olmasa da belə, yaxud özünə “Milli Strateji Demokratik Mərkəzi” (MSDM) adlı qurum yaradıb, orada var-gəl etsə də, Ə.Kərimli və onun dirijor çubuğu ilə idarə edilən “Milli Şura” yetkililəri hər an İ.Qəmbərin qarşısını kəsməyə, siyasi məsələlərdə fikir bildirməsinə qarşı hücuma keçirlər.
Xüsusilə, Sevinc Osmanqızının sosial şəbəkə üzərindən canlı yayıma çıxaraq, İ.Qəmbəri qonaq kimi dəvət etməsi və müzakirələrə qatması nəticə etibarilə kəskin qarşıdurmalara səbəb olub. Müsavatın sabiq başqanının mitinq və s. məsələlər üzərində fikirləri AXCP və “Milli Şura” tərəfdarlarını qeyzləndirib və onlar söz yox ki, bilavasitə Ə.Kərimlinin əmrinə tabe olaraq, İ.Qəmbəri açıq-aşkar təhqirlərlə məruz qoyublar.
Sevinc Osmanqızı söyüş aksiyasını reallaşdırmaq üçün AXCP sədri ilə sövdələşib
Daha dəqiq desək, cəbhəçilər nəinki İ.Qəmbəri, o cümlədən, Müsavat partiyasını, habelə bütün müsavatçıları xəyanətdə ittiham ediblər. Xüsusilə, İ.Qəmbərin hakimiyyətin pulu ilə müalicə alması məsələsi ortaya atılıb və “MSDM” sədri xəyanətdə ittiham olunaraq, cəbhəçilərin söyüşlərinə məruz qalıb. Lakin müsavatçılar da boş dayanmayıblar və cəbhəçilərə cavab təhqirləri yağdırmağa başlayıblar. Nəticədə, S.Osmanqızının canlı yayımı müsahibə deyil, cəbhəçilərlə müsavatçıların söyüş, təhqir meydanına çevrilib. Bu səbəbdən də, Osmanqızı canlı yayımı dayandırmaq məcburiyyətində qalıb. Lakin belə bir iddialar da var ki, o canlı yayıma İ.Qəmbəri məhz Ə.Kərimlinin trollarına təhqir etdirmək üçün çıxarıb. Müsavatın sabiq başqanı bunu sonradan anlasa da, artıq gec olub. Yəni, S.Osmanqızı söyüş aksiyasını reallaşdırmaq üçün AXCP sədri ilə sövdələşib.
Ümumiyyətlə, yalnız bu məsələdə deyil, Ə.Kərimli digər müxalifət “liderlərini” də sosial şəbəkələrdə təhqir etdirməkdə pərgardır. Misal üçün, xatırlayaq ki, bir neçə gün öncə, Avropadakı söyüş maşını olan “Azad söz”də canlı yayımda qatılan REAL sədri İlqar Məmmədovu da təhqir etdirən AXCP sədri olmuşdu. Bütün bunlar isə bir həqiqəti göstərir – bir-birləri ilə təhqir dili ilə danışanların yeri ömürlük müxalifət bataqlığı olaraq qalacaq. Çünki sağlam düşüncəli cəmiyyət heç vaxt belə tipləri öz arasında görmək istəməyib, bundan sonra da istəməz.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB