Qazaxda “N” saylı hərbi hissənin əsgəri silahdan açılan atəş nəticəsində yaralanıb

Qazaxda “N” saylı hərbi hissənin əsgəri silahdan açılan atəş nəticəsində yaralanıb

Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə əsgər Quliyev Ramin Behbud oğlu tabeliyində olan silahdan açılan atəş nəticəsində yaralanıb. Buna səbəb əsgərin silahla ehtiyatsız davranmasıdır.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, əsgər hospitala yerləşdirilib və onun vəziyyəti orta ağırdır.

Məlumtada o da bildirilir ki, 1993-cü il təvəllüdlü Quliyev Ramin Behbud oğlu Cəbrail rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə