Azərbaycan İƏTPİ-nin sessiyasında təmsil olunacaq

Azərbaycan İƏTPİ-nin sessiyasında təmsil olunacaq

Milli Məclisin deputatı Gövhər Baxşəliyeva İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı Konfransının (İƏTPİ) 14-cü sessiyası və bununla əlaqədar tədbirlərdə iştirak etmək üçün martın 10-da Mərakəşin Rabat şəhərinə səfərə gedəcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, toplantıda quruma üzv ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və diqər aktual məsələlər müzakirə olunacaq.
Millət vəkili mövzularla bağlı öz fikirlərini açıqlayacaq, təkliflərini verəcək.
Səfər martın 16-da başa çatacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə