Azərbaycan xalqının düşməni iş başında FOTOFAKT!

Azərbaycan xalqının düşməni iş başında FOTOFAKT!

Leyla Yunus: "Azərbaycanlılar xristianları düşmən və allahsız adlandırır"

Bu gün Azərbaycan dövlətinə qarşı çıxış edən çoxsaylı xarici təşkilatlar və ayrı-ayrı fərdlər var ki, onlar açıq şəkildə düşmənçilik mövqelərini ortaya qoyur, bu vasitələrlə siyasi təzyiqlərini artırdıqlarını düşünürlər. Əbəs deyil ki, zaman-zaman həmin təşkilatlar “insan haqlarının qorunması” və s. tipli dırnaqrarası əsaslarla “hesabatlar” hazırlayır, “bəyanatlar” səsləndirirlər”. Bu kimi təşkilatların dayaq mərkəzlərindən biri də ermənipərəstlikləri ilə seçilən bir qrup “siyasi mühacirlərdir” ki, onlar bu istiqamətdə davamlı iş birliklərini qurmaqdadırlar.

Bu arada, daim ermənipərəstliyi ilə gündəmdə qalan “Sülh və Demokratiya İnstitunun” direktoru Leyla Yunus Avropa Parlamentində keçirilən toplantıların birində canlı yayıma qatılaraq, növbəti dəfə daxilindəki düşmən sevgisini və Azərbaycan xalqına qarşı olan aşkar nifrətini nümayiş etdirib.

SİA xəbər verir ki, Leyla Yunus guya “sülhpərvərlik” mövqeyindən çıxış edərək, ermənilərin dəyirmanına su tökən fikirlər səsləndirib. Belə ki, o, sərsəm fikirləri ilə bildirib ki, guya azərbaycanlılar uşaqlarının 10 yaşlarının olmasına baxmayaraq, “xristianların azərbaycanlıların düşmənləri” olduğunu təlqin edirlər. Bununla yanaşı, azərbaycanlılar erməniləri “qara paltarlı Allahsız kimi tanıdırlar”.

Göründüyü kimi, Leyla Yunus sözügedən sərsəm düşüncələri ilə yalnız ermənilərin dəyirmanına su tökməyib, eyni zamanda, bütün dünyaya tolerant və multikultural dəyərləri ilə örnək olan Azərbaycan dövlətinə və xalqına qarşı xas olmayan şəkildə şər-böhtan atıb, xristian ölkələri ilə Azərbaycan dövlətinin arasında bölücülük toxumu səpməyə cəhd göstərib.

Əbəs deyil ki, məhz həmin Leyla Yunus illərlə Ermənistanın xüsusi xidmət orqanlarının təlimatları əsasında işləyən müxtəlif erməni QHT-ləri ilə əməkdaşlıqlar edib, bu gün də həmin fəaliyyətini Avropada davam etdirməkdədir.

Maraqlı məqam isə budur ki, hazırda Leyla Yunusu dəstəkləyənlər, onu “siyasi mübariz” kimi təqdim edənlər bu gün “hakimiyyətə iddialıyıq” deyən radikal müxalifət “liderləridir”. Əbəs deyil ki, AXCP sədri Əli Kərimli, Müsavat rəhbərliyi və s. bu kimi siyasi müxalifət partiyalarının təmsilçiləri uzun illər, hazırkı vaxtda da Leyla Yunusla əməkdaşlıq edir, onu öz sıralarında gördüklərini bildirirlər. Bu isə bir reallığı sübuta yetirir - bu gün Leyla Yunus Avropada Azərbaycan dövlətinə və xalqına qarşı şər böhtan atırsa, onu dəstəkləyənlər də onun bu şər-böhtanına şərik çıxmış olurlar. Onlar dövlətin və xalqın düşməni obrazında bir daha özlərini ifşa etmiş oldular. Əgər belə olmasa idi, Leyla Yunusun bu çıxışını pisləyən bəyanat səsləndirər. Lakin göründüyü və gözlənildiyi kimi, bu baş vermədi.

Rövşən NURƏDDİNOĞLU

P.S. Xatırladaq ki, ötən il Xocalı soyqırımının anım günündə, Azərbaycan keçiriləcək prezident seçkiləri ərəfəsində Avropada dövlətimizə qarşı mətbuat konfransı düzənləyən Leyla Yunus və bloqer Mehman Hüseynovun qardaşı Emin Hüseynov “nə üçün Xocalı soyqırımı barədə insanları məlumatlandırmırsınmız” sualına istehza edib, gülərək əl çalıblar. Hətta E.Hüseynov rus dilində “indi ağlayacağam” ifadəsini səsləndirərək, xalqımızın acısını ələ salan fikirlər səsləndirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə