“Ölkədə parlament modeli idarəçiliyi olsa da, parlament faktiki olaraq işləmir”. SİA news.am-a istinadən xəbər verir ki, bu barədə “Facebook” səhifəsində “Bütöv Ermənistan” partiyasının təsisçisi, politoloq Artur Kazinyan deyib. O, əsasən bildirib ki, Ermənistan parlamentinin 5 mart 2019-cu il iclasında yalnız iki məsələ gündəliyə çıxarılıb, o da deputatların təşəbbüsü ilə: “Bu nə deməkdir? Hakimiyyət dəyişikliyindən sonra Ermənistan ictimaiyyət böyük ümidlərə sahib idi və öncəki hakimiyyətin qanunvericiliyin tənzimlənməsi istiqamətində verdiyi qərarları dəyişdirilməli idi. Hökumət isə fəaliyyətsizdir, qanun layihələrini işləyərək parlamentə təqdim etmir və ölkədəki iqtisadi vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcək qərarlar qəbul etmir...”
“Nazirlər kabinetinin islahat konsepsiyasına dəqiq baxışı mövcuddurmu, yoxsa öncəki hakimiyyətdən miras qalan qanunvericilik sistemi onları qane edir və nəyisə dəyişmək elə də əhəmiyyət daşımır?” sualını verən politoloq öz sualını yenə də sualla cavablandırıb: “Belədirsə, onda nəyə görə vergi ödəyicilərinin hesabına 132 nəfərdən ibarət parlament saxlanılır ki, onlara da maaşlar ödənilir, xidməti maşınlar verilir, onların ezamiyyətlərini təşkil etmək üçün katibələr, köməkçilər ayrılır, nəhəng aparat saxlanılır?”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB