Çin prezidenti Hu Cintao dörd günlük rəsmi səfər üçün ABŞ-a gedir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, iki ölkə prezidenti ölkələr arasında fikir ayrılıqları doğuran bir sıra məsələləri müzakirə edəcək.
Çin qəzeti "Qlobal Times" isə çinlilərin ABŞ-a münasibəti ilə bağlı rəy sorğusu keçirib. Anketə görə, ABŞ çinlilərin ən çox bəyəndiyi ölkələrin başında gəlir. Lakin 2008-ci ildə aparılan rəy sorğusu ilə müqayisə etdikdə ABŞ-a pərəstişin 20 faizdən 7,5 faizə düşdüyü məlum olur. Çinlilərin əksəriyyəti daha çox ABŞ-ın xarici siyasətinə tənqidi gözlə baxır. Xüsusilə də Vaşinqtonun Çinlə bağlı apardığı siyasət müzakirə mövzusu olanda.
ABŞ silahlarının müstəqillik üçün mübarizə aparan Tayvana satılması, Çin ilə ABŞ arasındakı valyuta müharibəsi, internet saytı "Google"nin Çində fəaliyyətinin dayandırması və ABŞ dəniz qüvvələrinin Çin sahilləri yaxınlığında hərbi təlimləri tənzimləməsi keçən il iki ölkə arasında gərginliyi artıran hadisələr olub. Məhz bu hadisələr də rəy sorğusunun nəticələrinə təsir edib. Çinlilərin əksəriyyəti düşünür ki, ABŞ Çini "sistematik olaraq kiçik ölkə mövqeyinə" gətirmək istəyir. Bununla belə bəziləri hesab edir ki, rəy sorğusu real mənzərəni əks etdirmir. Çünki, ABŞ-ı hələ də rifahın simvolu olaraq görən çinlilər var. Buna görə də xaricdə təhsil almaq istəyən çinli gənclər üçün ABŞ ilk seçimdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB