20 Yanvar faciəsində olduğu kimi, Xocalı soyqırımı günündə Müsavat başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli təxribat törətməyə, qarşıdurma yaratmağa cəhd göstərdilər. Sual yaranır, bu cur şəxslər niyə görə, Azərbaycanın ağır günündə xarici sifarişlərə uyğun təxribatlar törətməyə cəhd edirlər? Söhbət etdiyimiz müsahiblərimizin birmənalı mövqeləri ondan ibarət oldu ki, dağıdıcı müxalif partiya liderləri müstəqil olmadıqlarından, anormal tapşırıqların icraçılarına çevrilirlər.
Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli: "Müxalifəti pozuculuğa təhrik edən xarici qüvvələr var"
- Faciəli günlərdə dağıdıcı xislətli müxalifət partiya liderləri özlərini anormal aparırlar. Söz yox ki, müxalifət təmsilçilərini pozuculuğa təhrik edən xarici qüvvələr var. Hansı ki, həmin qüvvələr Azərbaycan dövlətinin əldə etdiyi uğurlara kölgə salmaq üçün yersiz hərəkətlərə əl atırlar. Ancaq onların nə deməsindən və etməsindən asılı olmayaraq, heç vaxt öz istəklərinə çatmayacaqdır. Yaxşı olardı ki, müxalifət bu cür hərəkətlərə əl atmaqdan əl çəksin. Vəziyyətlərini daha da ağırlaşdırırlar. Onların xalq tərəfindən heç bir dəstəyi yoxdur və bundan sonra da olmayacaqdır. Sadəcə olaraq, müxalifət belə əməlləri ilə gündəmə gəlmək və "mən də varam" demək istəyir. Yəni xalqın dəstəyini görmür deyə bu cür təxribatlara əl atırlar. Bu anormal və mənasız siyasətdir. Təbii olaraq bu siyasətə onları məhv edəcək.
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli: "Müxalifət yaramaz əməllərindən imtina etməlidir"
- Millətimizin özünün adət-ənənələri var, həm də, qanun qəbul olunub ki, mərasimləri, xüsusən yas-toy xalq mərasimlərini siyasi proseslərə qatmaq olmaz. Adam ziyarətə gəlibsə, sakitcə ziyarətini edib getməlidir. Yəni bundan siyasi məqsədlər üçün istifadə etmək həm qanunla yasaqdı, həm də ki, bizim milli düşüncəmizə uyğun deyil. Bu, həmişə qınanmış bir haldır. Müxalifət partiyaları nizam-intizamı pozmağı, artıq bir adət halına gətiriblər və bu, birinci dəfə deyil. 20 Yanvar faciəsi günü və Xosalı soyqırımı zamanı Müsavat və AXCP yetkililəri təxribatlar törətdiblər. Bununla da, onlar müstəqil olmadıqlarını, sifariş yerinə yetirdiklərini nümayiş etdirdilər. Müxalifət liderləri bu cür metoddan bir üsul kimi istifadə edirlər. Əslində, yalnışlığa yol verirlər. Bu cür yanlışlığı xalq da görür. Səhv yoldadırlar və bu səhvlərini başa düşməli və bu cür yaramaz əməllərdən imtina etməlidirlər.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB