Prezidentdən devalvasiyadan əziyyət çəkən vətəndaşlara misilsiz dəstək ÖZƏL - ŞƏRH

Prezidentdən devalvasiyadan əziyyət çəkən vətəndaşlara misilsiz dəstək ÖZƏL - ŞƏRH

"Azərbaycan Prezidentinin yanında İqtisadi və sosial məsələlərlə bağlı müşavirə keçirildi. Bu müşavirədə ölkə başçısı ölkədə həyata keçirilən bir çox layihələrə, proqramlara öz münasibətini bildirdi. Təbii ki, Azərbaycan öz inkişaf dövrünü yaşayan müstəqil ölkədir. İqtisadiyyatın qeyri-neft sektorundan asıllığının aradan qaldırılması istiqamətində böyük islahatlara start verilmişdir. Bu islahatlar qeyri-neft sektorunun kifayət qədər inkişafını şərtləndirmişdir". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, ötən ilin aprelində cənab Prezident yenidən ölkə başçısı seçiləndən sonra artıq bu islahatların daha da dərinləşdirilməsi və sosial sahənin əhatə olunması ilə bağlı islahatlara start verilmişdir: "Prezident tərəfindən ilk imzalanan Sərəncam da şəhid ailələrinə veriləcək birdəfəlik yardımların edilməsi ilə bağlı olmuşdur. Bu müddət ərzində ölkə başçısı həm islahatları, həm də sosial islahatları (sosial proqramların icrasını) daha da önə çəkmişdi. Ölkəmizdə əldə olunan iqtisadi güc, iqtisadi imkanlar sosial sahəyə daha da diqqət artırılmasını şərtləndirib. Dövlət başçısı da bu sahədə müəyyən proqramların icrasına start verdi. Bu ilin yanvar ayından başlayaraq maaşların, minimum əməkhaqqlarının, minimum əmək pensiyalarının, tələbələrə verilən təqaüdlərin, eləcə də şəhid ailələrinə, Qarabağ əlillərinə, Əfqanıstan müharibəsi iştirakçılarına verilən aylıq müavinətlərin artırılması ilə bağlı Sərəncamlar imzalamaşdı. Bir neçə gün bundan əvvəl isə yenə də ölkə başçısı müəyyən bir sosial paketə daxil olan proqramın icrası ilə bağlı Sərəncam imzalamışdı. Həmin paket isə 16 növ sosial müavinətlər, təqaüdlərin artırılması və yeni təqaüdlərin təsis edilməsi ilə bağlı idi.

İki gün bundan qabaq isə cənab Prezident məcburi köçkünlərə bərabər tutulan şəxslərə verilən aylıq müavinətin 50 faiz qaldırılması ilə bağlı yeni bir Sərəncam imzaladı. Bütün bunlar isə təbii ki, ölkə başçısının güclü siyasi iradəsinə uyğun imzalanan Sərəncamlardır. Yanvar ayının sosial-iqtisadi göstəricilərinə nəzər yetirəndə görürük ki, ümumi daxili məhsulda 3 faiz, qeyri-neft sektorunda 14 faiz artım əldə olunub. Həm də bütün bunlarla yanaşı vergidən və gömrükdən də əlavə olaraq 105 milyon manat vəsait daxil olub ki, bu vəsait də proqnozlaşdırılandan əlavə vəsait idi. Bütün bunlar yenidən bu sosial islahatlar paketinin əhatə dairəsinin daha da genişləndirilməsinə və insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində yeni Sərəncamların imzalanmasını şərtləndirmişdir".

Deputat qeyd edib ki, Azərbaycanda manatın məzənnəsinin devalvasiyasından sonra cəmiyyətdə müzakirə olunan məsələlərdən biri də əhalinin xarici valyutada kreditləri ilə bağlı olmuşdur: "Problemin optimal həlli yollarını tapmaq, bu məsələnin əhali və dövlət büdcəsi üçün ən əlverişli variantda aradan qaldırmaq məqsədilə 2018-ci ildən ictimai müzakirələr təşkil olunmuş, Azərbaycan Prezidentinin tapşırığına əsasən hökumət bu istiqamətdə fəal iş aparmış və təkliflər hazırlamlışdır. Paralel olaraq məsələnin Milli Məclisdə müzakirəsi təşkil edilmiş, müxtəlif təkliflər irəli sürülmüşdür. Problemli kreditlərin həlli Azərbaycan hakimiyyətinin ciddi sosial təşəbbüsüdür və vətəndaşların rifah halını daha da yüksəltmək, onların maliyyə yükünü azaltmaq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq məqsədi daşıyır. Prezidentin bu addımı devalvasiyadan əziyyət şəkən vətəndaşlara misilsiz dəstəkdir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə