"Xocalı abidəsi önündə gərginlik yaradanlar ictimai qınağa tutulmalıdır" RƏY-ÖZƏL
“60 min insanın Azərbaycan Prezidentin arxasınca yürüşə qatıldığı məkanda 5-6 nəfərlik qrupun siyasi ambisiyalarla qalmaqal törətməsi çox riskli olmaqla bərabər eyni zamanda hüdud tanımayan avantürizmin daha bir nümunəsidir”. Bu fikirləri SİA-ya “ Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev radikal qrupların Xocalı faciəsinin ildönümü ilə bağlı iddialarının iflasa uğramasına münasibət bildirərkən deyib.
O bildirib ki Xocalı abidəsi önündə gərginlik yaratmaq, rəsmi dövlət protokolunu nümayişkaranə pozmaq dövlətə, xalqa və Xocalı qurbanlarının özünə hörmət əlaməti deyil.
Ekspert söyləyib ki, ümummilli qürur və ya ümummilli hüzn mənbəyi olan faktların üzərində siyasi xal toplamaq cəhdləri rüsvayçılıq, məsuliyyətsizlik əlamətidir: “20 yanvar günündə şəhidlər xiyabanında və 26 fevralda radikalların Xocalı abidəsi önündə etdikləri hərəkətləri birlikdə düşünəndə ənənəvi sual yenidən kəskinliyi ilə ortaya çıxır - Bu insanlar nə istəyir?! Kimsənin Xocalı qurbanlarını yad etməsi yönümündə heç bir məhdudiyyət altında olmadığı faktdır. Belə də radikal qrup rəhbərlərinin özlərinin beş-on nəfər tərəfdarı ilə Xocalı abidəsinin önündə gərginlik yaratmaq cəhdi nalayiq hərəkətdir, ciddi siyasətçilərə xas olmayan işdir. Onlar ictimai qınağa tutulmalıdır”.
A. Quliyev qeyd edib ki, məsuliyyətsizliklə müşayiət olunan istənilən siyasi və başqa xarakterli addımlar əvvəlcədən iflasa məhkumdur: “Milli Şura” deyilən qurumu təmsil edənlərin avantürist addımları onlarla xalq arasında uçurumu daha da dərinləşdirir. Bunu anlamayanların siyasi korafəhimliyi həqiqətən təsəvvür olunmazdı. Prezidentin arxasınca gedən axının qarşısına çıxmağın hansı siyasi düşüncəyə söykəndiyini bilmək maraqlı olardı”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB