Vətəndaş Əli Kərimlini danılmaz fakt qarşısında qoydu! VİDEO

Vətəndaş Əli Kərimlini danılmaz fakt qarşısında qoydu! VİDEO

Sosial şəbəkələrdə maraqlı video ictimailəşib. SİA xəbər verir ki, AXCP sədri Əli Kərimli iaşə obyektlərinin birindən ətrafında cangüdənləri və bir neçə partiyadaşı ilə çıxarkən, əlində fotoşəkillər olan bir vətəndaş ona yaxınlaşaraq ona sualla müraciət edib. Ona ölkəmizin inkişaf etdiyini, amma Əli Kərimlinin mitinqlərdə insanlara yanlış məlumat verdiyini deyib.

Bununla yanaşı, Əli Kərimlinin artıq sosial şəbəkələrdə “məşhur” olan oğlu Türkel Kərimlinin Londonda bahalı içki partilərindəki, kef məclislərindəki fotolarını da göstərən vətəndaş AXCP sədrindən nəyə görə mitinqlərə çıxıb, insanlara yalan danışdığını irad tutub. “Niyə insanlara yalan danışırsan? Bax, Prezidentin oğlu əsgərdir. Bu da sənin oğlunun şəkilləri. İçki içir, kef edir. Hansı pullarla edir bunları?”, deyə soruşan vətəndaşın sualını cavablandırmayan Kərimlinin bu dəfə cangüdəni ona zor tətbiq etməyə çalışır. Lakin vətəndaş “sən mənə heç nə edə bilməzsən” deyərək, suallarını AXCP sədrinə ünvanlamaqda davam edir.

Maraqlıdır ki, özünü “siyasətçi”, “müxalifət lideri” hesab edən Əli Kərimli bu suallar və faktlar qarşısında aciz qalmaqla yanaşı, həm də vətəndaşa barmaq silkələyir, onu təhdid edir. Əslində isə, haqlı suallar ünvanlayan vətəndaş qarşısında rüsvay olan AXCP sədri bununla nə qədər qorxaq və ümumiyyətlə, siyasətə aid olmayan biri olduğunu sözügedən davranışı ilə nümayiş etdirir.

Vətəndaş isə Əli Kərimlinin qarşısında öz Prezidentini, dövlətini sevdiyini bildirir və AXCP sədrinin xəyanətkar, yalançı olduğunu dəfələrlə vurğulayır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə