"Milli Şura"dan istefa verənlər yeni qurum yaratmağı planlaşdırırlar
Bu gün, birmənalı şəkildə demək olar ki, konstitusiyamızda və digər qanunvericilik aktlarında fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinə geniş yer verilib. Qanuvericiliyin tələblərinə uyğun olaraq, hər kəs informasiyanı əldə edib, onu yaymaq hüququna malikdir. Amma gəlin razılaşaq ki, bəzən informasiyanın əldə edilib, yayılması prosesində qərəzkarlığa yol verilir, şər və böhtan məlumatlara daha çox üstünlüyün verilməsinə cəhdlər göstərilir. Buna qarşı etiraz ediləndə və ya qanun çərçivəsində tədbirlər görüləndə, hay-küy qaldırılır, bu, söz və mətbuat azadlığının pozulmasına cəhd kimi qiymətləndirilir.Fakt budur ki, bu cür yol tutan fərdlər daha çox dağıdıcı müxalifət cəbhəsində olan ünsürlərdir. Artıq bu ünsürlər bəd əməllərinin qurbanlıarına çevriliblər. Politoloq İlqar Altayın splərinə görə, Azərbaycan siyasi müxalifətinin durumu son 20 ildə ən kritik nöqtəyə çatıb: "Pərakəndəlik, hərəkətsizlik, xalqdan dəstəksizlik, xarici qüvvələrdən asılılıq, ideyasızlıq və s. və i. Buna gətirib çıxaran səbəblər də müxtəlifdir. Müxalifət liderlərinin zəifliyi, liderciklərin günahı səbəbindən baş verir, Qərbin müxalifəti hər dəfə ruhlandırması da nəticə vermir. Bu durumla, əlbəttə, hansısa perspektivdən danışmaq qeri-ciddi görsənərdi".Maraqlıdır ki, cəmiyyətin müxalifətə bəslənən dərin nifrətə baxmayaraq, liderciklər öz amplualarından əl çəkmirlər. Yenə də sərsəm, anormal fikirlərini yaymaqda davam edirlər. Hər dəfə də, müxalif ünsürlərin yaydıqları şər və böhtan xarakterli məlumatlara dərhal xaricdəki qüvvələr reaksiya verir və hay-küylü bəyanatlar və hesabatlar yayırlar. Buna misal kimi, "Freedum Hous", "Soros" və bu kimi digər qərəzli məkr yuvalarını göstərmək olar. "Freedum Hous" sifariş əsasında konkret dövləti hədəfə alır, ənənəvi qərəzli tezislərdən istifadə etməklə, filan ölkədə insan hüquqları sahəsində və demokratik proseslərdə problemlərin olduğunu iddia edir. Beləcə, anormal fəaliyyət yolu tutmaqla, hesabatlar yayırlar.
Dəyişən müxalifət liderlərinin ancaq libasıdır
Corc Sorosun təsisçisi və rəhbəri olduğu Soros fondunun fəaliyyəti də hər kəsə bəllidir. Azərbaycan cəmiyyəti bu təşkilatın erməni lobbisinin əlində Azərbaycana qarşı bir istifadə olunan alət olduğunu çox yaxşı bilir. Ona görə də, Azərbaycan cəmiyyəti bu təşkilatın yaydığı hesabatları ciddi sənəd kimi qəbul etmir. Amma AXCP, Müsavat və "Milli Şura" rəhbərliyi bunun fərqində deyillər. İsa Qəmbər, Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli kimi ünsürlər birbaşa xarici maraqlı dairələrin Azərbaycandakı əlaltıları rolunda çıxış edirlər. Hətta bəzən bunu dolayısı ilə göstərirlər də. Nədi-nədi, sözügedən təşkilatlar onlara maliyyə yardımları ayırır. Məhz pul xatirinə dövrədə olmaqla Azərbaycanın milli və dövlətçilik maraqlarına qarşı mübariz metodu seçirlər. Göstərişə əsasən, onlar gah mitinqlər, küçə yürüşləri keçirir, gah da hədələyici bəyanatlarla çıxışlar edirlər. Baxmayaraq ki, bu ünsürlərin təşkil etdikləri mitinqlərə gələn olmur. Ancaq "Milli Şura" və Müsavat liderləri mitinq xəstəliyindən əl çəkmir və demək olaraq ki, hər həftə sonu aksiya keçirmək arzusunda olduqlarını bəyan edirlər. Söz yox ki, mitinqlər zamanı qarşıdurma yaranarsa, dil pəhləvanları hər kəsdən öndə olmaqla, qaçmağa üstünlük verəcəklər. Bunu misal olaraq 2003-cü il 15-16 oktyabr iğtişalarına cəhd zamanı İsa Qəmbərin, 2005-ci Qələbə meydanında polislə qarşıdurma qazmanı Ə.Kərimlinin mühfizəçilərinin köməyini gözləmədən aradan çıxmalarını göstərmək olar. 1990-cı il 20 Yanvar faciəsi zamanı da insanları meydanlara səsləyən İ.Qəmbər, Ə.Kərimli, N.Pənahlı, İ.Həmidov, A.Hacılı sövet qoşunlarının şəhərə soxulduqlarını görüncə, dabanarını tüpürüb, qaçmağa üstünlük verdilər. Bu baxımdan da, onların heç biri cüzi belə zərər görmədilər. Halbuki insanları qırğına, məhz onlar vermişdirlər. Sonradan bəlli oldu ki, 20 Yanvar gecəsi İ.Qəmbər Yusif Səmədoğlunun evində istirahət edirmiş. Ə.Kərimli isə doğulduğu Saatlı rayonu Azadkənd kəndinədə gizlənirmiş.
Sorosun pulları müxalif liderlərini doymuş məhlula çevirir
Bir sözlə, dağıdıcı müxalifət ünsürləri hər zaman ölkəmizin milli maraqlarına zərbə vurmaqla məşğul olublar. Bu tendensiyanı iyrənc şəkildə bu gün də davam etdirirlər. Artıq sübut olunub ki, Sorosun ayırdığı pullar hesabına doymuş məhlula çevrilən AXCP və Müsavat rəhbərliyi müəyyən sayda gənci "siyasi mühacir" adı altında xarici ölkələrə göndərib. Sonradan xaricə üz tutan gənclər səhvlərini başa düşüb, onları gedər-gəlməzə yola salan müxalifət liderlərini ifşa ediblər. Məlum olub ki, Ə.Kərimli, İ.Qəmbər, A.Hacılı 2500-3000 manat pul almaqla, onlara partiya vəsiqəsi verərək, həmin şəxsin guya mitinqlərdə polislər tərəfindən təzyiqlərə məruz qaldığını qeyd ediblər. Bu ifşaedici faktlardan sonra da sözügedən partiya sədrlərinin öz bəd əməllərini davam etdirmələri, o fikri yaradır ki, bu adamlar əxlaqdan və mənəviyyatdan, həqiqətən də, uzaqdırlar. Məhz bu amil onları məhvə sürükləyir. Proseslər və araşdırmalar da təsdiq edir ki, bu gün müxalif düşərgə ən acınacaqlı günlərini yaşamaqdadır. Növbəti parçalanmalar və qopmalara da qaçılmazdır. Bununla belə, müxalifətdə belə parçalanmaların baş verməsinin hazırkı şəraitdə qarşısını almaq da mümkün deyil. Çünki uzun illərdən bəri yığılıb qalmış intriqalar, dedi-qodular birgə addımlamağa və konkret məqsədlər uğrunda mübarizə aparmağa imkan vermir. Bu baxımdan, demək olar ki, yaxın günlərdə AXCP, Müsavat kimi dağıdıcı fəaliyyət yolu seçən partiyalar növbəti dəfə parçalanacaq və ya hansısa partiyaya birləşəcəklər. "Səs"ə verilən informasiyalara görə isə, Eldəniz Quliyev, Oqtay Gülalıyev və digərləri "Milli Şura"dan istefa verərək, yeni qurum yaratmağı planlaşdırılar. Bu isə, o deməkdir ki, "Milli Şura"da yaranan çatlar getdikcə dərinləşir. Ə.Kərimli yarıtmaz siyasətindən əl çəkməyəcəyi təqdirdə "Milli Şura"nın dağılması qaçılmazdır.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB