Tarixin bu günü və ya bu günün tarixi

Tarixin bu günü və ya bu günün tarixi
- Vyanada ilk kafe Johannes Diodato tərəfindən açılıb (1685)
- ABŞ alimi və siyasətçisi Bencamin Franklin anadan olub (1706)
- ABŞ yazıçısı və jurnalisti Çarlz Brokden Brovn (Charles Brockden Brown) anadan olub (1771)
- Simon Bolivar Kolumbiya Respublikasını elan edib (1819)
- Sand-River müqaviləsi ilə İngiltərə, Transvaaldakı (Cənubi Afrika) Boer kolonyalarının istiqlalını qəbul edib (1852)
- Rus yazıçısı Anton Çexov anadan olub (1860)
- Dünyanın ən tanınmış qanqesterlərindən biri Al Kaponi (Al Capone) anadan olub (1899)
- Şairə Mədinə Gülgün anadan olub (1926)
- Elayze Krisle Seqar (Elzie Crisler Segar) tərəfindan yaradılan Popeye karikaturası ilk dəfə bir qəzetdə yayılıb (1929)
- Boksçu Məhəmməd Əli anadan olub (1942)
- Monte Kasino (Monte Cassino) müharibəsi : II Dünya müharibəsinın ən uzun və qanlı müharibələrindən biri başlayıb (1944)
- SSRİ və Polşa qüvvələri Varşavaya girib (1945)
- BMT Təhlükəsizlik Şurasının ilk yığıncağına başlayıb (1946)
- Konqonun baş naziri Patrice Lumumba öldürülüb (1961)
- Səhrada tufan əməliyyatı, müttəfiq təyyarələr İraq və Küveyti bombalamaları ilə başlayıb. İraq, əvəzin çıxaraq İsrailə 8 ədəd Skad raketi atıb (1991)
- İrlandiya Respublikaçı Ordusu (IRA) Şimali İrlandiyada protestanlara aid bir binanı bombalayıb, 7 işçi ölüb (1992)
- Cənubi Kaliforniyada 6,7 bal gücündüə zəlzələ baş verib: 61 nəfər ölüb, 20 milyard dollar ziyan olduğu güman edilir (1994)
- Yaponiyanın Osaka-Kobe bölgəsində 7,2 bal gücündə bir zəlzələ baş verib: 6 mindən çox insan ölüb (1995)

Bütün xəbərlər Facebook səhifəmizdə